"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsi qəsəbə qəbrstanlığının ətrafına hasar çəklişini həyata keçirib

--2021-05-26 / 05:09

Xəzər rayonu Buzovna bələdiyyəsi qəsəbə ərazisindəki qəbrstanlığın ətrafına hasar çəkilişini başa çatdırıb.

Bələdiyyədən daxil olan məlumata görə, bələdiyyə iclasında sədr Mətləb əliyevin təşəbbüsü ilə qəbul edilən qərara uyğun olaraq qəsəbə qəbrstanlığının ətrafına hasar çəkilişi həyata keçirilıib. Bundan əvvəl isə əraziyə su xətti çəkilmiş və ontonluq su çəni  quraşdırılmışdır.

Bələdiyyə qəsəbənin qədim qəbrstanlığındakı vəziyyətə nəzarət etməklə ərazidə səliqə-səhman saxlanılması üçün həm maarifləndirmə işlərini, həm də təmizliyini diqqətdə saxlayır.

Bələdiyyədən onu da bildiriblər ki, qəbrstanlıq hələ də bələdiyyənin balansına təhvil verilməyib.

Belediyye.info

ŞƏRHLƏR