"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə zəbt edilmiş torpaqları niyə sənədləşdirə bilmir

--2023-01-26 / 05:51

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şirvan şəhər Hacıqəhramanlı qəsəbəsində 1999-cu ildən Hacıqəhramanlı bələdiyyəsi formalaşdırılmış və bu gün uğurla fəaliyyət göstərir.

Məlumat üçün bildirirəm ki, qəsəbə üç tərəfdən neft mədənləri ilə əhatə olunmuş,digər tərəfdən isə Kür çayı və meşə fondu torpaqları ilə həmsərhəddir və yaşayış məntəqəsinin prespektiv inkişafı üçün sərbəst torpaq sahələri çox azdır.

Hacıqəhramanlı Bələdiyyəsinin ehtiyat fond torpaqları "Bələdiyyələrin əraziləri və torpaqları haqqında "Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsasən vətəndaşların qeyri-qanuni istifadəsində olan zəbt olunmuş torpaqların hesabına yaradılmışdır.

Belə ki, vətəndaşların qanuni istifadəsində olan torpaq sahələrinin özəlləşdirilməsi layihəsi hazırlanarkən məlum olmuşdur ki, qəsəbədə 91,0 ha torpaq sahəsi ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuşdur və həyətyanı məqsədilə qeyri-qanuni istifadə edilməkdədir. Vətəndaşlar tərəfindən tutulmuş torpaq sahələri bəzi hallarda 0,70 hektardan artıq təşkil edir. "Bələdiyyə torpaqlarının idarə olunması haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq Hacıqəhramanlı qəsəbəsində həyətyanı məqsəd üçün 0,12 ha torpaq sahəsinin satılması norması müəyyənləşdirilmişdir.

Göründüyü kimi, bəzi hallarda vətəndaşlar tərəfindən qeyri-qanuni tutulmuş torpaq sahələri həyətyanı məqsədilə müəyyən olunmuş normalardan 4-5 dəfə artıqdır. Məlumat üçün onu da qeyd edim ki, Hacıqəhramanlı qəsəbəsində vətəndaşların istifadəsində olan normadan artıq həyətyanı torpaq sahələri Bələdiyyə yaranmamışdan əvvəl tutulmuş sahələrdir.

Belə ki, Hacıqəhramanlı yaşayış məntəqəsi uzun illər əvvəl kənd təsərrüfat rayonlarının tabeçiliyində olduğu üçün (Sabirabad və Salyan) əhalinin əsas məşğuliyyəti torpaqla bağlı olmuşdur və həyətyanı sahələr də kənd əhalisi üçün nəzərdə tutulmuş normalarda olmuşdur.

1967-ci ildə Hacıqəhramanlı kəndi şirvan (əli Bayramlı) şəhərinin inzibati ərazisinə daxil edilmiş və yaşayış məntəqəsinə 1975-ci ildə şəhər tabeli qəsəbə statusu verilmişdir. Hacıqəhramanlı qəsəbəsinin yerləşdiyi ərazi neftli torpaqlar olduğundan 60-cı illərdən etibarən Neft və qazçıxarma idarəsi tərəfindən istismar olunmağa başlanmışdır. Sonrakı illərdə qəsəbənin genişlənməsi neftə aid torpaqların hesabına olmuşdur. Həmin sahələr Neft və qazçıxarma idarəsinin daimi istifadəsində olduğu üçün sənədləşdirilməmiş və vətəndaşlar tərəfindən özbaşına tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 â„–li fərmanı ilə təsdiq olunmuş " Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin,həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" əsasnaməyə uyğun olaraq 2004-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "Azəryerqurlayihə" institunun mütəxəsisləri tərəfindən Hacıqəhramanlı qəsəbəsində vətəndaşların mülkiyyətinə veriləcək və Bələdiyyənin ehtiyat fonduna keçiriləcək həyətyanı torpaq sahələrinin layihəsi hazırlanmışdır. Layihə hazırlanarkən şirvan (əli Bayramlı) şəhər icra Hakimiyyəti Başçısının 29 dekabr 2004-cü il tarixli 72 saylı sərəncamı ilə təsdiq edilmiş, qəsəbə üzrə icra nümayəndəliyi tərəfindən tərtib olunmuş qəsəbə sakinlərinin istifadəsində olan qanuni həyətyanı torpaq sahələrinin siyahısı nəzərə alınmışdır. Həmin siyahıya əsasən Hacıqəhramanlı qəsəbəsində 465 subyektində 43,34 ha qanuni torpaq sahəsi vardır.Vətəndaşlar tərəfindən qeyri-qanuni tutulmuş torpaq sahələrinin geri alınması mümkün olmadığı hallarda onların adına rəsmiləşdirilməsi mexanizmi olmadığından Hacıqəhramanlı bələdiyyəsi böyük çətinliklərlə qarşılaşmışdır. Qanunvericilikdə torpaq sahələrinin icarəyə verilməsi hərrac vasitəsi ilə olduğu üçün vətəndaşlarla bələdiyyə arasında problemlər yaranır. Qəsəbə sakinləri istifadələrində olan torpaq sahələrinin sənədləşdirilməsi üçün müraciət edirlər. Müraciət olunan sakinlər arasında şəhid ailələri, II Qarabağ müharibəsi iştirakçısı, qazilərimizdə var. Bu günə qədər biz bu torpaqları DəDRX-nin 13 saylı şirvan ərazi idarəsi tərəfindən 50 metr mühafizə zolağını nəzərə alaraq çıxarış alaraq sənədləşdirirdik. Lakin 2022- ci ildə müraciət edən vətəndaşların ərizələri üzrə sənədlər hazırlanmış (icra hakimiyyətinin rəyi, DəDKR-nin 13 saylı şirvan ərazi idarəsinin yer quruluşu planı, əMDX-nin şirvan ərazi şöbəsinin rəyi) mülkiyyətə verilməsi üçün çıxarışın alınması ilə bağlı DəDRX-nin 13 saylı şirvan ərazi idarəsinə məktubla müraciət edirik. Bizə cavab verirlər ki, bu torpaqları sənədləşdirmək üçün quyuların 150 metr mühafizə zolağı götürülməlidir. Belə olduğu halda bələdiyyə ilə sakinlər arasında problemlər yaranır. 150 metr mühafizə zolağınıın götürülməsini nəzərə alsaq heç bir fərdi yaşayış evlərinin sənədləşdirilməsi mümkün deyil. Qəsəbə ərazisində 36 ədəd 1980-ci ilərdən əvvəl qazılmış quyu vardı. Bu quyuların əksəriyyəti ləğv olunmuş və istifadəsi dayandırılan quyulardır. Son 40 ildə qəsəbə ərazisində yeni quyu qazılmamışdır. Qeyd etmək istəyirəm ki, bu torpaqların 2018- ci ildə qəsəbənin Elektron xəritəsi çəkilmiş Milli Məclis tərəfindən təsdiq olunmuşdur. Həmin xəritə çəkilərkıən 50 metr mühafizə zolağı nəzərə alınmışdır. Hal- hazırda həmin torpaq sahələrinə DəDRX-nin 13 saylı şirvan ərazi idarəsi tərəfindən mükiyyətə ayrılması ilə bağlı çıxarış ala bilmirik.

Son olaraq qeyd edim ki, bu məsələlərin həllinə müvafiq orqanlar tərəfindən dəstək verilməsi bir tərəfdən sakinlərin narahatlığına son qoymuş olacaq, digər tərəfdən bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsinə şərait yaratmış olacaqdır.

Samirə Abışova

şirvan şəhər Hacıqəhramanlı qəsəbə bələdiyyəsinin sədri

ŞƏRHLƏR