"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Ulu öndər Heydər əliyevin sayəsində ədliyyə sistemində də mühüm islahatlar aparıldı

--2023-01-29 / 12:54

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Möhtərəm Prezidentimiz, cənab ilham əliyev tərəfindən imzalanmış Sərəncamla 2023-cü il “Heydər əliyev ili” elan edilməsi xəbəri cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanmışdır.

Bu qərar dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadıl­ması və bərpa edilməsi sahəsində mi­silsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xal­qımızın və dövlətimizin qədirbilən münasibətinin növbəti parlaq təcəssümü kimi qiymətləndirilir.

Prezident sərəncamının doğurduğu böyük məmnunluğun əks-sədası ola­raq bütün açıqlama, rəy və mülahizələrdə bildirilir ki, sənəddə dahi şəxsiyyətin müstəqil Azərbaycan Respublikasının bugünkü tərəqqisində, ən əsası, qalib ölkə kimi beynəlxalq aləmdə tanınma­sında rolu və xidmətləri sevgi-sayğı ilə əksini tapmışdır. Ulu Öndərin dövlətimiz, xalqımız qarşısın­dakı xidmətləri hər an, hər gün gözümü­zün önündədir. Bugünkü Azərbaycanın reallıqları Heydər əliyev siyasətinin təntənəsidir. 2023-cü ilin Azərbaycanda “Heydər əliyev ili” elan edilməsi isə bu dahi şəxsiyyətin fəaliyyətinin ay­rı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər əliyev özünün bö­yük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər əliyevin tükənməz dövlət idarəçiliyi is­tedadı onun SSRi-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir.

Ümummilli Lider bütün varlığı ilə sev­diyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün im­kanlardan onun inkişafı üçün istifadə etmişdir.

Bildiyiniz kimi sovet hakimiyyəti illərində ifrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

ədliyyə Nazirliyinin əsaslı surətdə təsis olunması Ümummilli Lider Heydər əlirza oğlu əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilmiş, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş və beləliklə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranmışdır.

Respublikada ədliyyə Nazirliyi təsis olunduqdan sonra Azərbaycan SSR Ali Məhkəməsindən başqa Azərbaycan SSR-də bütün səviyyələrdə məhkəmələrə təşkilati rəhbərlik və məhkəmə idarəçiliyi işi ədliyyə Nazirliyinə tapşırıldı.

Heydər əliyevin nəzərində dövlətçilikdə haqq-ədalətin qorunması, ona düzgün əməl ­olunması–ədliyyə işi birinci dərəcəli iş idi. Məhz bunun nəticəsində ədliyyə Nazirliyinin yaranmasından cəmi bir ay keçməsinə baxmayaraq 1970-ci il noyabrın 17-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti xalq məhkəmələrinin seçicilər qarşısında hesabatlarının vəziyyəti və hüquqi biliklərin əhali arasında təbliği barədə qərar qəbul etdi.

Ulu öndər hüquqi biliklərin təkcə zəhmətkeşlər arasında təbliğ olunması ilə bu sahədə əsaslı dəyişikliklərin baş verməyəcəyini gözəl bilirdi. Bunlar ancaq başlanğıc üçün lazım idi. əsas məsələlərdən biri də ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi idi. Ona görə də, məhz Heydər əliyevin təşəbbüsü, ideya müəllifliyi və səyləri ilə “zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar layihəsi hazırlanaraq 1970-ci il dekabrın 4-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində müzakirə olunduqdan sonra qəbul olundu.

Bu qərarda ali və orta ixtisas məktəblərində hüququn əsaslarının tədrisi və öyrənilməsi işini yaxşılaşdırmaq, tədris müəssisələri vasitəsilə hüquqi biliklərin təbliğini gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin gənc nəslə öyrədilməsinə, şərh olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə və dövlət mülkiyyətinin qorunmasına yönəldilən kütləvi siyasi tədbirlərin keçirilməsi sahəsində tədbirlər planı hazırlamaq tələbi nəzərdə tutulurdu.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə qəbul olunmuş bu qərar XX əsrin 70-ci illərinin sosial ictimai-mənəvi gerçəkliklərinə, o dövrün aşınmış partiya-sovet təsərrüfat elitasının özbaşınalığına, bürokratçılığa, inzibati amirlik sisteminin digər tipik təzahür formalarına qarşı kəskin etiraz və düşünülmüş müdrik tədbirlər planının bir hissəsi idi. Bu qərar bütün respublikada əks-səda doğurmuş, onun nəzərdə tutduğu müddəaları həyata keçirmək üçün ölkədə kompleks tədbirlər planı hazırlanıb həyata keçirilmişdi. 

Ulu öndər məhkəmə-ədliyyə sahəsində inkişaf etmiş mütərəqqi ölkələrin məhkəmə-hüquq təcrübəsinin öyrənilməsi və cəmiyyətimiz üçün məqbul sayılan qanun və hüquq normalarının Azərbaycanda da tətbiq olunması məsələsinə də xüsusi diqqət yetirirdi.

Demək olar ki, 1969-87-ci illər Azərbaycanın bütün sahələrdə ən yüksək nailiyyətlər əldə etdiyi illərdir. Qeyd etdiyimiz kimi, bütün sahələrdə olduğu kimi, ədliyyə-hüquq sahəsində də sanballı işlər görüldü, bir sıra mühüm qanunlar, məcəllələr qəbul edildi, kadr hazırlığı, hüquq ədəbiyyatının nəşri və əhali arasında təbliği yüksək səviyyədə təşkil olundu və ixtisaslı kadrlar ordusu yetişdirildi. Azərbaycanın yüzlərlə istedadlı gənc oğul və qızları digər ixtisaslarla yanaşı, hüquq sahəsində təhsil almaq üçün SSRi-nin ən yaxşı hüquq təhsili verən tədris ocaqlarına göndərildi, respublikada hüquq fakültəsinin fəaliyyəti genişləndirildi və ümumiyyətlə, bu sistemə yüksək diqqət və qayğı göstərildi.

Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi sayəsində xalqımızı müstəqilliyimizi yenidən itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitliyi və qanunçuluğu bərqərar etmiş, ölkəmiz demokratik hüquqi dövlət quruculuğu yolunu seçərək bütün sahələrdə köklü mütərəqqi islahatlar aparılmışdır.

Ulu Öndər Heydər əliyevin demokratik hüquqi dövlət quruculuğu naminə titanik fəaliyyəti, müasir hüquq sisteminin formalaşması və inkişafında müstəsna rolu olmuşdur.

Ulu Öndər Heydər əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilib, ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artıb, səlahiyyət dairəsi genişlənib.

ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilib və ümummilli lider Heydər əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

Ümummilli lider Heydər əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanılıb. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradılıb, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilib, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirilib və onun qarşısında yeni vəzifələr qoyulub, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırılıb.

Ümummilli lider Heydər əliyev tərəfindən ədliyyə orqanlarının, prokurorluq və vəkillik təsisatlarının müasir dövrün tələbləri səviyyəsində qurulması, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması və yerli demokratiyanın bərqərar olunması, hüquqşünas kadrların yetişdirilməsi ilə bağlı apardığı islahatlar, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində əhalinin hüquqi təsisatlara və hüquqi yardıma tələbatının ödənilməsi, yeni nəsil hakim və hüquqşünasların formalaşdırılması, məhkəmələrin müstəqilliyinin və məhkəmələrə inamın artırılması üçün geniş imkanlar açdı.

Ulu öndər Heydər əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.

ilk növbədə penitensiar müəssisələrin Daxili işlər Nazirliyindən ədliyyə Nazirliyinə verilməsi işi başa çatdırıldı. Bu addımın atılmasında məqsəd məhkəmə qərarlarının icrası sistemini təkmilləşdirmək, cəza-tərbiyə işini humanistləşdirmək, ən əsası isə insan hüquqlarının, azadlıqlarının gözlənilməsini təmin etmək idi.

ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq Nazirliyin tərkibində icra xidməti institutu təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması ədliyyə Nazirliyinə həvalə olundu.

Azərbaycan tarixinin Heydər əliyev dönəmində ilk dəfə olaraq yerli özünüidarə orqanları kimi bələdiyyə institutu formalaşmış və bələdiyyələrə metodoloji yardımın göstərilməsi, eləcə də inzibati nəzarətin həyata keçirilməsi ədliyyə Nazirliyinə tapşırılmışdır.

ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.

Ümummilli liderimizin söylədiyi bütün fikirlər hər birimizin fəaliyyət prinsipinə çevrilmişdir. Onun uzaqgörənliklə söylədiyi bir fikir isə ədliyyə işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur:

“Hər bir şəxs konstitusiya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.

Bu gün müasir ədliyyə və məhkəmə sisteminin inkişafı bilavasitə Heydər əliyevin adı ilə bağlıdır. Heydər əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab ilham əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Nizami Hüseynov

şirvan regional ədliyyə idarəsinin rəisi

 

ŞƏRHLƏR