"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

www.belediyye.info internet resursu 2015-ci ilin may ayında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində hazırlanıb.“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi layihə çərçivəsində yeni internet resurs yaratmaqla bələdiyyə sistemində çalışanları maarifləndirmək niyyətindədir. İctimai birlik əmindir ki, bu minvalla yeni seçilmiş üzvlər maarifləndiriləcək, habelə bələdiyyələr arası əlaqənin qurulmasına təkan veriləcək, həm də onların fəaliyyətinin təbliğinə imkan yaranacaqdır. Xatırladaq ki, 2014-cü ilin dekabrında ölkəmizdə keçirilən bələdiyyə seçkilərində yeni seçilən 15.035 bələdiyyə üzvünün 48% -i ilk dəfədir ki seçilibdir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi bütün maraqlı tərəfləri əməkdaşlığa dəvət edir.