Bu gün Sabunçu rayonuBakıxanov bələdiyyəsində Sabunçu rayon Bakıxanov bələdiyyəsinin təsis etdiyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC –nin fəaliyyətə başlaması münasibətlyilə tədbir keçirilib.
Açılış törənində çıxış edən Bakıxanov bələdiyyəsi sədrinin birinci müavini, rayon ağsaqqalı Nadir əsədov çıxışımda bildirib ki, xidmətin bu gün istifadəyə verilməsi Azərbaycan Cumhuriyyətinin 100 illiyinə Bakıxanov bələdiyyəsinin bir tövhəsidir. N.əsədov tədbir iştirakçılarını bayram münasibətiylə təbrik edərək kollektivə yeni işlərində uğurlar arzu edib.
Sonda tort kəsilmiş və xatirə şəkli çəkilmişdir.
Qeyd edək ki, ilkin olaraq 50 nəfərdən artıq sürücü MMC-dən qeydiyyatdan keçib. Onlarla bir sıra görüşlər keçirilmiş, izahat işləri aparılmışdır. MMC nin mərkəzi aparatında işləmək üçün 5 nəfər yüksək ixtisaslı kadrlar cəlb edilmiş, yüksək səviyyəli proqram təminatı hazırlanmışdır.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|