"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nabran bələdiyyəsi növbəti iməcilik təşkil edib

--2023-03-28 / 15:16

“Xaçmaz rayonu Nabran bələdiyyəsi növbəti iməcilik təşkil edib”- bu barədə məlumatı bələdiyyənin sədri Mahir Tarverdiyev bildirib.

Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarıyla bir ay ərzində hər həftənin şənbə günlərində bələdiyyəni əhatə edən kəndlərin birində iməcilik təşkil edilir. Bu dəfə təşkil edilən iməcilikdə Tel kəndinin əkin sahələrinin sulanması üçün nəzərdə tutulan su kanalı yerli sakinlərin iştirakıyla təmizlənmişdir. iməcilikdə bələdiyyə qulluqçularıyla yanaşı kənd sakinləri, gənclər və könüllülər iştirak edib.

əlavə edək ki, Nabran bələdiyyəsi səkkiz kəndi - Nabran, Tel, Samurçay, Turist, şimali, Günəşli, Meşəli, Dalğalı kəndlərini əhatə edir.

Belediyye.info

ŞƏRHLƏR