"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edib

--2023-03-27 / 15:04

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edib.

Bu barədə Agentlikdən bildirilib.

Qəbuldan əvvəl Saleh Məmmədov və Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Salyan rayonu Heydər əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Salyan və Neftçala rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

 

ŞƏRHLƏR