"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nabran bələdiyyəsi, Nabran kənd icra nümayəndəliyi və "Samur-Yalama Milli Parkı"nın birgə iştiakıyla "əkin sahələrinin yanğından qorunması" adlı tədbir keçirilib

--2023-03-27 / 15:53

Xaçmaz rayonu Nabran bələdiyyəsi, Nabran kənd icra nümayəndəliyi və Samur-Yalama milli Parkının birgə keçirdiyi "əkin sahələrinin yanğından qorunması" adlı tədbir keçirilib. Bu barədə məlumatı Nabran bələdiyyəsi yayıb. 

Bildirilir ki, tədbirə FHN-nin əməkdaşı da dəvətli idi.

Tədbirdə Nabran məktəbinin direktoru, Samur-Yalama Milli parkının əməkdaşları və yerli sakinlər də iştirak etmişdir.

Tədbirin əsas mahiyyətiqarşıdan isti havaların gəldiyini nəzərə alaraq, əkin sahələrinin yanğından qorunması metodları, yanğınsöndürən balonun düzgün istifadə qaydası, əkin sahələrinin yolkənarı hissələrinin ara məsafəsi və digər məsələlər də müzakirə olundu.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

ŞƏRHLƏR