"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Heydər əliyev Azərbaycanda Yerli özünüidarəetmənin banisidir

--2023-03-27 / 05:46

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısı ilham əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər əliyev ili” elan edilmişdir.

Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Bu mənada dövlət başçısı ilham əliyevin 2023-cü ilin “Heydər əliyev ili” elan etməsi haqqındakı tarixi sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi yeri olan Heydər əliyev fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaqdır.

Ümummilli lider Heydər əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində böyük işlər görmüş, Azərbaycan xalqı qarşısında tarixi xidmətlər və silinməz izləri olan böyük şəxsiyyətdir. Heydər əliyevin Azərbaycanın inkişafı istiqamətindəki, fəaliyyəti o qədər çoxşaxəli və əhatəli olmuşdur ki, Azərbaycan xalqının inkişafı və rifahı sahəsində görülmüş böyük işlərin bir çoxu ulu öndərin adıyla bağlıdır. Həmçinin ölkəmizdə demokratiya, insan hüquqları və vətəndaş cəmiyyəti institutlarının müasir dünyanın tələblərinə uyğun yaradılması və inkişafında ulu öndərin rolu böyük olmuşdür.

Müasir dünyanın tələblərindən və demokratiyanın təməl prinsiplərindən biridə yerli özünü idarəetməni həyata keçirən bələdiyyə sisteminin fəaliyyətidir. Bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində (kənd, qəsəbə, rayon və şəhər) yaşayan sakinlər tərəfindən yerli xarakterli seçkilər əsasında formalaşan sakinlərin yerli özünü idarəetmə formasıdır. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunu əsasən Azərbaycanda bələdiyyələri idarəçilik formasına görə qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlardır.

Azərbaycanda bələdiyyə institutunun təsis edilməsi və bələdiyyələrin fəaliyyətini ənzimləyən hüquqi bazanın formalaşması məhz ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir.

Ulu öndərin bələdiyyələrin Bələdiyyələrin yaradılması istiqamətində ilk addım kimi Heydər əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünü idarəetmənin təşkili və idarəçilik prinsiplərini müəyyən edən yerli özünü idarəetmə haqqında xüsusi fəslin öz əksini apmasını göstərmək olar.

Yerli özünü idarəetmənin təşkilinin və yaradılmasının mühümlüyü anlayan,bələdiyyələrin önəmini yüksək qiymətləndirən və eyni zamanda Azərbaycan xalqının yerli problemlərinin həllində bələdiyyələrin əhəmiyyətini dərk edən Ulu öndər ilk bələdiyyə seçkilərinin keçirilməsinə xüsusi önəm verirdir.

Bu önəm özünü bələdiyyə seçkisindən 2 gün öncə 10 dekabr 1999-cu il tarixində bələdiyyə seçkiləri ilə əlaqədar xalqa müraciətində ehtiva edir.

Müaricətdə deyil: əziz həmvətənlər, bacılar, qardaşlar! Azərbaycan Respublikasının vətəndaşları! iki gündən sonra - dekabr ayının 12-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcəkdir. Bələdiyyə seçkiləri Azərbaycanda ilk dəfə aparılır. Bələdiyyələrin yaranması və onlara seçkilər keçirilməsi barəsində 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də bələdiyyələrin təşkil olunması və onun üçün seçkilərin keçirilməsi ən öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir.

“Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. əgər bələdiyyə seçkiləri uğurla keçirilsə, əgər bələdiyyələrə həqiqətən, hər bir bölgədə fəaliyyət göstərib xalqa xidmət etmək arzusunda olan insanlar seçilsə və bu insanlar həqiqətən, bələdiyyə üzvü olaraq xalqımıza yaxşı xidmət göstərə bilsə, təbiidir ki, bu, bizim ölkəmizin inkişafında çox böyük rol oynayacaq və dövlətin qarşısında duran vəzifələrin bir qismini bələdiyyələr öz üzərinə götürəcəkdir.”

Ulu öndərin xalqa müaricətində xalqa verdiyi müsajın ana xəttini 7 təməl prinsip təşkil edir:

  1. Keçirilmiş digər seçkilərlə əlaqədar zəngin seçki təcrübəsinin əldə edilməsi:
  2. Bələdiyyə seçkilərinin demokratik prinsiplər əsasında şəffaf keçirilməsi:
  3. Bələdiyyə üzvü seçilmək üçün namizədlərin çoxluğu:
  4. 24 siyasi partiya bələdiyyə seçkilərində iştirak etmək üçün öz namizədlərini verməsi və onların namizədlərinin əksəriyyəti də qeydə alınması (24 partiyanın seçkidə iştirakı):
  5. icra orqanlarının və müxtəlif dövlət orqanlarının seçki prosesinə qarışmasının və müdaxilə etməsinin yolverilməz olması:
  6. Vətəndaşların seçkidə aktiv iştirak etməsinə çağırış:
  7. Seçkinin keçirilməsinə hazırlıq:

   Ulu öndər üçün bələdiyyə seçkilərinin uğurla keçirilməsi Azərbaycanda yerli idarəetmə orqanlarının yaranmasını müəyyən edəcəkdir, Yerli idarəetmə orqanları isə yerlərdə onların səlahiyyətləri çərçivəsində, qanun çərçivəsində çox işlər görə bilərlər. Beləliklə, onlar dövlətin də gördüyü işlərin böyük bir hissəsini öz üzərlərinə götürəcəklər, dövlətin də yükünü müəyyən qədər yüngülləşdirəcəklər. Ona görə bələdiyyələrin seçilməsi, onların təşkil edilməsi, gələcək fəaliyyəti Heydər əliyevə görə cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün çox vacibdir.

"Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Heydər əliyevin   27 iyul 1999-cu il â„– 163 fərmanı əsasında 1999-cu il 12 dekabr tarixində Azərbaycan Respublikasının ilk bələdiyyə seçkisi keçirilmişdir.Baş tutmuş bələdiyyə seçki nəticəsində 20454 nəfər bələdiyyə üzvü seçilmiş və 2667 bələdiyyə təşkilatı fəaliyyətə başlamışdır.

Ulu öndər bələdiyyələrin fəaliyyətinin tənzimlənilməsi məqsədiylə bələdiyyələrin qanunvericilik sisteminin əsasını təşkil edən normativ hüquqi aktlardan ibatərət geniş və əhatəli qanunvericilik bazasının formalaşmasını həyata keçirmişdir. Heydər əliyevin dövründə qəbul edilmiş qanunvericilik akları bələdiyyələrin, bələdiyyə üzvləri və qulluqçularının statusunu, yerli özünüidarənin maliyyəsinin əsaslarını,bələdiyyələrin beynəlxalaq əlaqələrini, bələdiyyə əmlakının hüquqi rejimini və bir sıra başqa mühüm münasibətləri əhatə edir.

Buraya sıraya “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası qanunları aid edilir.

Ümumilikdə isə Heydər əliyevin rəhbərliyi dövründə bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi baza etdiyi 22 qanun və iki yüzdən artıq normativ hüquqi aktlardan ibarətdir.

Bələdiyyə seçkilərinin bitməsindən və bələdiyyə üzvlərin seçilməsindən sonra Heydər əliyev yerli bələdiyyə üzvlərinin və bələdiyyələrin icra aparatlarının işçilərinin bələdiyyələr haqqında qanunvericiliyin öyrənilməsinə, onların fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək etmək məqsədiylə Azərbaycan Respublikasının ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə iş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılması haqqında 2000-ci il 8 fevral tarixli sərəncam imzalamışdır.

Ulu öndərin bələdiyyələrlə əlaqədar fəaliyyətini və gördüyü işləri araşdırıb analiz edərkən aydın olurki, bələdiyyələrin yaradılmasında ümummili liderin tək məqsədi güclü, demokratik, hüquqi dövlətin təməllərini atmaq və dövlətimizin inkişafına nail olmaqdır.

Qarşıdan Azərbaycan tarixinin əlamətdar hadisəsi Ulu öndər Heydər əliyevin 100 illik yubiley günü gəlir. Hər bir vətənpərvər azərbaycanlı üçün, o cümlədə hər bir ədliyyə quluqçusu üçün Heydər əliyev və Azərbaycan müəyyən mənada eyni məna daşıyır. Bu gün hər bir ədliyyə qulluqçusu fəxr hissiylə Ulu öndərin yaratdıqları barədə minnətdarlıqla danışır, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açır və yenə də məhz onun layiqli davamçısi cənab Prezident ilham əliyevin genişmiqyaslı fəaliyyəti sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini inamla müəyyənləşdiririk.

 Zahir Hümbətov

şəmkir regional ədliyyə idarəsinin rəisi

ŞƏRHLƏR