"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

*5777 - bələdiyyə taksi xidməti sürücülərin qeydiyyatına başlayıb

--2018-05-07 / 06:49

“Sabunçu rayon Bakıxanov bələdiyyəsinin təsis etdiyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC -də taksi sürücülərinin qeydiyyatına start verilib. May ayının 30–dək davam edəcək seçimdə üstünlük təcrübəli, ünsiyyət bacarığı olan sürücülərə veriləcəkdir.”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov bildirib. Onun sözlərinə görə, xidmət sahəsinin açılışı may ayının sonlarına nəzərdə tutulub. Artıq xidmətin fəaliyyət göstərəcəyi inzibati binada bütün işlər başa çatdırılıb. Bundan əlavə xidmətin proqram təminatında son yekun işlər aparılır.

Sədrin sözlərinə görə, “bütün operatorlardan *5777 yığmaqla hər bir Bakı sakini taksi sifarişini verə biləcək. Digər taksi xidmətlərindən fərqli olaraq Sabunçu rayon Bakıxanov bələdiyyəsinin təsis etdiyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC   müştərilərinin qarşısına bir sıra yenilkilərlə çıxacaq. “Taksi xidməti” ilkin olaraq qəsəbədaxili uşaq tərbiyə müəsisələrinə və məktəblərə uşaqların müqavilə əsasında gediş gəlişini təşkil edəcək. əlavə edim ki, uzunmüddətli müqavilə bağlayanlara güzəştlər tətbiq ediləcək. 

Müəssisənin təqdimat mərasimində təklif olunan bütün yeniliklər barəsində açıqlamalar veriləcəkdir.”

Sürücülərə gəlincə sədr bildirib ki, ilk olaraq taksi sürücülərimiz minimum səviyyədə rus dilini bilməli, şəhəri dəqiq tanımalı və təcrübəsi olmalıdır. MMC-nin rəhbəliyinə əsas tövsiyəmiz sürücülərin son iki ərzində DYP orqanlarıyla münasibətləri və qanunlara necə riayət etməsi məsələsinə diqqətli olsunlar.

Belediyye.info

 

ŞƏRHLƏR