"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

*inzibati nəzarəti həyata keçirən orqana mütləq şəkildə təqdim olunan bələdiyyə aktları hansılardır? SORUşUN CAVAB VERəK

--2021-04-22 / 05:50

*inzibati nəzarəti həyata keçirən orqana mütləq şəkildə təqdim olunan bələdiyyə aktları hansılardır ?

Dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar; bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar; bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar; qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarındır.

*Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyyələr neçə gün ərzində müraciət olunur ?

 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsəsən təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur

Yerli (bələdiyyə ) vergilər hansılardır ?

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi , fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi yerli vergilərə aiddir.

 Hazırladı: Samir Cəfərov

(Gəncə regional ədliyyə idarəsi)

ŞƏRHLƏR