"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

" Mən Xocalıyam" - Xocasən bələdiyyəsi anım tədbiri keçirib

--2017-02-25 / 11:12

Belediyye.infoya daxil olan məlumata görə, Xocalı soyqırımının  25-cü ildönümü ilə əlaqədar Binəqədi rayon Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən Z.Məmmədov adına 103 saylı məktəbdə " Mən Xocalıyam" şüarı altında anım tədbiri keçirilib.

Tədbirdə II qrup Qarabağ əlili Səməd ibrahimov, Xocəsən bələdiyyəsinin sədr müavini isbəndiyar Xankişiyev və Xocəsən bələdiyyəsinin ictimai humanitar məsələlər üzrə sektor müdiri Pərvanə Gözəlova iştirak edib.

***

Bunundan əvvəl isə Xocəsən bələdiyyəsinin inzibati ərazisində yerləşən 328 saylı uşaq  baxçasında "Xocalı soyqırımını unutma!" şüarı altında tədbir keçirilib.

Bələdiyyənin yaydığı məlumata görə, körpə fidanlarımız tərəfindən 1992-ci il 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Xocalıda yaşayan dinc əhaliyə etdiyi vəhşiliklər əks etdirən  səhnəciklər göstərilmiş  və şeirlər söylənilib.

Tədbirdə Xocəsən bələdiyyəsinin ictimai humanitar məsələlər üzrə sektor müdiri Pərvanə Gözəlova iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR