"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

1-ci qrup Qarabağ əlili ziyarət edilib

--2022-05-26 / 13:12

“Nərimanov Rayon icra Hakimiyyətinin başçısı Elgin Həbibullayevlə rayonumuzun sakini 1-ci qrup Qarabağ əlili Ramazanzadə Dəyanət Sədiyar oğlunu mənzilində ziyarət etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə can sağlığı arzu edirəm.”-bu fikirləri sosial media hesabında Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev yazıb.

Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin hərbi qulluqçusu Ramazanzadə Dəyanət Sədiyar oğlu Prezident sərəncamıyla “Xocavəndin azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları təltif edilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması xususiylə vurğulanmışdır.

Sonra Ramazanzadə Dəyanət Sədiyar oğlunun ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkəmizin başçısına minnətdarlıqlarını bildirib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndiriblər.

Belediyye.info

ŞƏRHLƏR