Bu gün Binəqədi RiH-in saytında yeni təyin edilmiş icra başçısı Elxan Allahverdiyevın tərcümeyi halı yerləşdirilib. (http://binegedi-ih.gov.az/page/20.html)
Bəs Elxan Allahverdiyev kimdir?
Allahverdiyev Elxan şamil oğlu 15 iyun 1960-ci il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institunun aspirantura pilləsini bitirmişdir. əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya inistutunda müxtəlif vəzifələrdə çalışmışdır.
1998-ci ildən 2005-ci ilədək “Meridian” MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək “Duet” firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-ci ilədək Bank Olmayan Kredit Təşkilatı “Kredex” MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə “Kontinent inşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab ilham əliyevin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Belediyye.info