Mehdiyev ibrahim əsgər oğlu - 01.04.1946-cı ildə Ağdaş rayonunda anadan olub. 1963-cü ildə Yevlax şəhərində orta məktəbi, 1969-cu ildə M.əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya institutunu bitirib.
əmək fəaliyyətinə 1963-cü ildə başlayan i.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat institutunda baş elmi işçi, “Azərelektroişıq” istehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyasının Fizika institutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru kimi vəzifələrdə işləyib.
28.06.2000-ci ildən – 26.09.2006-ci ilədək Xətai rayon icra Hakimiyyətinin Başçısı, 26.09.2006-cı ildən 2017-ci ilin 01 iyul tarixinədək kimi Yasamal rayon icra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.
1974-cü ildə “şərəf Nişanı” Ordeni ilə təltif olunub.
2016-cı ildə “şöhrət” Ordeni ilə təltif olunub.
1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.