Qazax rayonunun 17 bələdiyyəsi ötən il 424.700 manat vəsait toplaya bilib. Bu vəsaitin 14,6 %-i torpaq vergisindən, 5,3 % -i əmlak vergisindən, 1,7 % küçə reklamlarından , 0,2% avtomobil dayanacaqlarından daxil olub . Dövlət Statistika Komitəsinin hesabatları əsasında hazırlanmış təhlilə görə, əsas maliyyə vəsaiti, yəni 68,9 % -i bələdiyyə əmlakının özəlləşdirilməsi və icarəyə veriməsindən daxil olub.
Ötən dövr ərzində Qazax bələdiyyələri tərəfindən mədən vergisinin yığımı həyata keçirilməyib. Bələdiyyələr tərəfindən qazanılan maliyyə vəsaitinuin 55,7 % bələdiyyələrin idarəetmə orqanlarının saxlanmasına, 42 % -i isə mənzil - kommunal təsərrüfatının idarəedilməsinə yönəldilib.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi