Son illərdə Prezidentimizin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlar bələdiyyələrin inkişafına müsbət təsir göstərmişdir.
Ölkəmizdə bələdiyyələrin fəaliyyətə başlamasından 16 ildən artıq bir vaxt keçir. Bu müddət ərzində bələdiyyələrin təşkili, statusu, nizamnaməsi, səlahiyyətləri, mülkiyyət, maliyyə əsasları və digər normativ- hüquqi sənədlər qəbul edilmiş, bələdiyyələrin fəaliyyətinin daim inkişaf etməsinə dövlət qayğısı gücləndirilmişdir.
Bakıxanov bələdiyyəsinin 2015-ci ildə gördüyü işlər barədə hesabatı təqdim etməzdən öncə Yerli büdcənin icra vəziyyəti barədə məlumat vermək istərdim:
Bakıxanov bələdiyyəsi 2015-ci ildə Yerli büdcənin formalaşmasına xüsusi fikir vermişdir. Yerli büdcənin formalaşması əsasən fərdi yaşayış, qeyri-yaşayış və coxmərtəbəli binalarda özəlləşdirilmiş mənzillərdən əmlak və torpaq vergisinin yığılması hesabına həyata keçirilir.
Bildiyiniz kimi qəsəbəmiz şəhərtipli qəsəbədir. əhalinin 80% coxmərtəbəli binalarda yaşayır və evlərin 95% özəlləşdirilmiş mənzillərdir.
Bakıxanov bələdiyyəsi 2015-ci ildə vergilərin ödənişi ilə əlaqədar əhali arasında aparılan maarifləndirmə işlərini gücləndirmişdir.
Belə ki, qəsəbə daxilində vergi ödəyicilərinin dəqiq uçotunun aparılması və vergilərin bütövlükdə büdcəyə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinin pasportlaşması 70 % başa çatmışdır.
2015-cildə vətəndaşlara ödənişlərin vaxtında təmin olunması məqsədilə bildirişlər göndərilmiş, hal-hazırda da bu istiqamətdə işlərimizi davam etdiririk.
Vergidən yayınan vergi ödəyicilərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Görülən işlər öz müsbət nəticəsini vermişdir.
Belə ki, yerli büdcə 2015-ci ildə 200 min manat nəzərdə tutulduğu halda, 338 min manat təşkil edib. Qeyd edim ki, bələdiyyəmiz ilk dəfədir ki bu uğura imza atıb.
2015-ci ildə Bakıxanov bələdiyyəsi tərəfindən qəsəbənin hüdudları daxilində müxtəlif ünvanlarda o çümlədən, X.Xasməmmədov, B.Bünyatov, M.Fətəliyev, Ülvü Rəcəb, R.Qəmbərov küçələrində qismən abadlıq işləri aparılmış, S.Mehmandarov küçəsində aparılan geniş miqyaslı abadlıq işlərinə 85 min manat olmaqla, ümumilikdə 137 min manat vəsait xərclənilmişdir.
Eyni zamanda bələdiyyə tərəfindən qəsəbənin aztəminatlı ailələrinə bayram sovqatları, müxtəlif təyinatlı aylıq və birdəfəlik yardımlar göstərilmişdir.
Ümumilikdə göstərilən yardımlara 5900.0 manat vəsait xərclənilmişdir.
2015-ci ildə Bakıxanov bələdiyyəsinə müraciət edən vətəndaşların sayı 110 nəfər, qəbula gələnlərin sayı 152 nəfər olub. əksər müraciət edənlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, digər müraciətlər isə yardımların göstərilməsi, məhəllədaxili yolların təmiri ilə əlaqədar olmuşdur.
Qeyd etməliyəm ki, il ərzində Bakıxanov bələdiyyəsinin işində müəyyən qədər dəyişikliklər edilmişdir. Belə ki, Bakıxanov bələdiyyəsi “E-Manat” ödəniş xidmətinə qoşulmuşdur. Bundan əlavə əmək haqqlarının 2016-ci ilin yanvar ayından plastik kart vasitəsilə ödənilməsi təmin edilmişdir.
Bakıxanov bələdiyyəsi qəsəbənin hüdudları daxilində təmizlik işlərinin aparılması məqsədi ilə 18 nəfəri dalandar işinə qəbul etmişdir.
Qeyd etmək istərdim ki, bu günə kimi rayonumuzda rayon icra hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər böyük əhəmiyyət kəsb edir. istər Sabunçu rayonu, istərsə də qəsəbəmiz gün-gündən abadlaşır, yeni görkəm alır. Biz bələdiyyə olaraq öz növbəmizdə qəsəbənin iqtisadi-inkişafında, ictimai həyatında yaxından iştirak etmiş və gələcəkdə də iştirak edəcəyik.
Bakıxanov bələdiyyəsinin qarşısında bir cox mühüm işlər durur. 2016-cı ilin tədbirlər planına uyğun olaraq, ş.Kamilov küçəsində qəbirstanlığa gedən yol, ə.Kərim küçəsində 11 saylı Poliklinikaya gedən yola asfalt örtüyünün salınması, Sülh küçəsində genişmiqyaslı abadlıq və yaşıllaşma işlərinin aparılması, əhaliyə xidmətin səviyyəsini yüksəltmək, bələdiyyəyə müraciət edən qəsəbə sakinlərinin problemlərini həll etmək Bakıxanov bələdiyyəsinin qarşısında duran mühüm vəzifələrdəndir. Qəsəbə sakinlərini narahat edən problemlərin aradan qaldırılması üçün konkret işlər görməklə, bələdiyyənin nüfuzunun artmasına nail ola bilərik.
Bakıxanov bələdiyyəsi qəsəbənin sosial-iqtisadi inkişafında, ictimai həyatında yaxından iştirak etməklə, qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.
Ramiz Nəsibov
Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin sədri