"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2017 - ci ildə Azərbaycan bələdiyyəsi nə qədər qazanıb?

--2018-04-05 / 15:31

2017-ci ildə Azərbaycan bələdiyyələri büdcə gəlirlərini 14 faizədək artıra bilib. Bu barədə Belediyye.infoya məlumat Dövlət Statistika Komitəsindən daxil olub. Belə ki, ötən il 1606 bələdiyyənin illik qazancı 36.079.400 manata bərabər olub. Bu vəsaitin 21,5 faizi əmlak vergisindən, 17,9 faizi torpaq verfgisindən,1, 1 faizi   mədən vergisindən, 24,2 faizi   bələdiyyə əmlakının və torpağın özəlləşdirlməsindən, 12.2 faizi   bələdiyyə əmlakının icarəyə verilməsindən, 1 faizi fiziki və hüqiq şəxslərin maliyyə yardımlarından daxil olub.

Bununla yanaşı sanatoriya-kurort, mehmanxana - turizm xidmətlərindən daxil olan ödənişin həcmi ümumi büdcədaxilolmalarının 3.7 faiz təşkil edib.

Bununla yanaşı 2017 ci ildə dotasiyanın həcmi 14.4 faiz təşkil edib.

Belediyye.info

ŞƏRHLƏR