"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2018-ci ili böyük nailiyyətlərlə başa vuracağımıza inanıram

--2018-01-17 / 13:59

Hacıqəhrəmanlı  qəsəbəsinin ümumi ərazisi 895 hektardır. Bundan 651 hektar dövlət mülkiyyətində, 244 hektarı isə bələdiyyə mülkiyyətindədir.  

Azərbaycanda həyata keçirilən torpaq islahatları nəticəsində dövlət mülkiyyətində olan torpaqların müəyyən hissəsi vətəndaşların və bələdiyyələrin mülkiyyətinə verilib. Hacıqəhrəmanlı qəsəbəsində 550 təsərrüfat qeydə alınmış, 134 hektar torpaq sahəsi qəsəbə sakinlərinın xüsusi mülkiyyətində və istifadəsindədir. Həmin torpaqlar üzrə torpaq vergisi bir il üçün 5750.0 manat hesablanmışdır.  

Qəsəbədə  51.590.0 kv. metr əmlak sahəsi vergiyə cəlb olunmuşdur. Cəlb olunmuş vergi sahəsi üzrə 4.940.0 manat vergi  hesablanmışdır.

Dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmə daha da təkmilləşərək bələdiyyələrin şəffaf şəkildə çalışmaları üçün səmərəli idarəetmə mexanizmi yaradılmışdır. Bələdiyyələrin maliyyə imkanlarının artırılması  məqsədilə sakinlərin vergiyə cəlb olunması üçün Hacıqəhrəmanlı Bələdiyyəsi  Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi proqramına qoşulmüşdür.

Ötən 2015-2016–cı illərdə bələdiyyə vergiləri yığılması çoxda ürək açan olmamışdır.Vergilərin yığılmasında çətinliklər bu gündə qalmaqda davam edir. Lakin 2017- ci il ərzində  ötən illərə nisbətdə vergilərin yığılmasında dönüş yaranmışdır. Belə ki, əhalidən bir il ərzində 550 nəfər qəsəbə sakininə  torpaq və əmlak vergisinin yığılması ilə bağlı  tədiyyə bildirişi paylanmasına baxmayaraq, 240 nəfər qəsəbə sakini vergilərini ödəmişlər.əhalidən bir il ərzində cəmi torpaq vergisindən 3,599  manat, əmlak vergisi 3,952 manat ,torpaq satışından isə  13,000 manat, dövlət büdcəsindən isə 1950 manat dotasiya daxil olmuşdur.

2017-ci il ərzində Hacıqəhrəmanlı Bələdiyyəsi "Aztəminatlı ailələrin sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətlərinin gücləndirilməsi" layihəsini həyata keçirmişdir. Layihə tərəfindən Bələdiyyəyə 6,200.0 manat pul vəsaiti ianə kimi verilmişdir. Birgə əməkdaşlıq çərçivəsində bir sıra görüşlər keçirilmiş və keçirilən görüşlərdə qəsəbə sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq qəsəbə üçün “xeyir-şər” mağarının alınması məqsədəmüvafiq hesab olunmuşdur. Xeyir şər mağarı qəsəbənin yas mərasimlərinə güzəşətli olaraq verilməsiylə bağlı bələdiyyə iclsında qərar qəbul olunmuşdur. Mağarın  istifadə olunması üçün  2 ailənin  uşaqları işlə təmin olunmuşdur. 4 ay ərzində xeyir - şər mağarından 1200 manat gəlir gəlmişdir. Gələn gəlirdən 500 manat bələdiyyə büdcəsinə köçürülərək şəhid, aztəminatlı və imkansız ailələrə,yas mərasimlərinə  yardım kimi verilmiş, 700 manat işçilərin əmək haqqına  ödənilmişdir.

2017-ci il ərzində Bələdiyyəmizə daxil olan müraciətləri nəzərə alaraq  əhalinin suya olan tələbatını ödəmək üçün magistral su xəttində olan nasazlığı aradan qaldırılması üçün 70 metr 215 mm diametrində yeni metal boru, N.Nərimanov küçəsində  20 metr 215 mm diametrində yeni metal  boru ilə  su xətti  çəkilmişdir. il ərzində  Hacıqabul su idarəsi ilə daim əlaqə saxlanılmış,yaz-yay aylarında əhalinin suya olan təlabatın ödənilmişdir. Bundan əlavə dini adət ən-ənələrimizə hörmət əlaməti olaraq  Ramazan,Qurban və Novruz bayramlarında və yas  mərasimlərində qəsəbədə yaşayan aztəminatlı ailələrə, şəhid ailəsinə,qaçqın və məcburi köçkünlərə maddi köməkliklər göstərilmiş, onlar daim diqqət mərkəzində saxlanılmışdır.

 Qəsəbə sakinləri tərəfindən edilən müraciətlərdən onları narahat edən problemlərdən biri də qəsəbədə olan zibilliklərin təmizlənməsi olmuşdur. şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsi  şəhər icra hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi  üzrə  nümayəndəliyinin birgə təşkilatçılığı qəsəbənin Q.Məmmədov, H.Zərdabi, N.Nərimanov, M.Rəsulzadə,S.Vurğun küçələrində zibilliklər təmizlənmişdir.

2017- ci il ərzində daxil olmuş vəsaitin xərclənməsi Bələdiyyənin keçirdiyi iclaslarda müzakirə edilərək, bu istiqamətdə xərclənmişdir.         

 -inzibati idarəetmə xərcləri 24,302.30 manat;

 -mənzil və kommunal təsərrüfatı xərcləri 1,950.0 manat;

-su təsərrüfatı (yerli əhəmiyyətli su mənbələri) ilə bağlı xərclər 1666 manat,   -iqtisadi sahədə xərclər  328.20 manat;

-yerli sosial müdafiə tədbirləri ilə bağlı xərclər 1,400 manat;

Gəlir və xərclərin sonunda onuda qeyd etmək istəyirəm ki, bələdiyyənin 2017-ci ilin sonuna əmək haqqına 2,230 manat, DSMF-yə 1,178 manat borcu qalmışdır.

Qəsəbə sakinlərinin  2015, 2016, 2017-ci  illər üzrə Hacıqəhrəmanlı bələdiyyəsinə debitor borcu 19.527.0 manat  təşkil edir.

2017-ci il ərzində bələdiyyədə 22 iclas keçirilmiş, 52 məsələ müzakirə olunmuş, 230 yazılı və şifahi müraciətlər daxil olmuşdur. ərizə və şikayətlər əsasən qəsəbədə su xəttinin tənzimlənməsi, fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması, qəsəbədaxili yollara qum, çınqıl tökülməsi, qəsəbə qəbrstanlığının ətrafının hasarlanması, zibilliklərin təmizlənməsi, müxtəlif torpaqayırma sənədləşmələrinin hazırlanması və istixanalara qaz və işıq sayğaclarının alınması ilə bağlı olmuşdur. ərizə və şikayətlər  iclaslarda müzakirə edilərək qəsəbədə həlli vacib olan məsələləri ön plana çəkmiş, onların həlli istiqamətinə müəyyən işlər görülmüşdür. 13 nəfər qəsəbə sakininə fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi ayrılmış, 7 nəfərin sənədləri tərəfimizdən hazırlanaraq qəsəbə sakinlərinə təhvil verilmişdir.

Hacıqəhrəmanlı Bələdiyyəsi artıq bu il bir kiçik pilot sosial layihəni sona çatdırdı. Qarşıda duran ikinci məsələ əhalinin təkliflərini nəzərə alaraq qəsəbə üçün marşurut avtobusunun alınmasıdır. ilin sonuna qədər büdcəyə daxil olan gəlirlər hesabına marşurut avtobusun alınması planlaşdırılıb. Bu da bizim bələdiyyəyə gəlir gətirən sahələrdən biri olacağına inanırıq.

Görülən işlərlə yanaşı həllini gözləyən bir çox problemlərimiz var. əminik ki, 2018-ci ili problemləri həll etməklə böyük nailiyyətlərlə başa vuracağıq. Qəsəbə sakinlərinin güzəranını daha da yaxşılaşdırmaq məqsədilə qarşımıza qoyduğumuz vəzifələri yerinə yetirəcək, qanunvericiliyə əməl etməklə sosial problemlərin həll edilməsi üçün bütün imkanlardan istifadə edəcəyik. 

Samirə Abışova

şirvan şəhər Hacıqəhrəmanlı Bələdiyyəsi.

ŞƏRHLƏR