Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizəd kimi uğur qazandığım IV çağırış Bələdiyyə seçkilərindən artıq üç il ötür.
2014-cü ilin bu günü yaşadığım həyəcan seçkidə qalib gəldiyimi öyrəndikdən sonra seçicilərimin qarşısında məsuliyyətə çevrildi. Bu gün 2017-ci il ərzində seçicilərimlə keçirdiyim görüşlər haqqında qısa hesabat yazmaq istədim.
Görüşlərin əksəriyyəti gənc seçicilərlə olduğuna görə dünyagörüşü inkişaf etdirmək, asudə vaxtın səmərəli təşkili, müxtəlif maarifləndirici layihələr çərçivəsində keçirilmişdir.
ilin ilk görüşü Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi ilqar Fəhmi və şair Dayandur Sevgin ilə olmuşdur. Gənclər Yazıçılar Birliyinin yaranması, tarixi, strukturu və fəaliyyəti barədə məlumatlandırılmışdılar (“ədiblərdən bir inci” layihəsi ; tarix:08.02.2017). Sonrakı görüşümüzdə doğma vətənin tarixini, incəsənətini öyrənmək məqsədi ilə “Azərbaycan Milli incəsənət muzeyi”nə ekskursiya təşkil etmişdik (“Milli mədəniyyəti qoruyaq və yaşadaq” layihəsi ; tarix: 04.03.2017). Daha sonra Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələri Səttar Bəhlulzadə (“Maraqlı şənbə” layihəsi ; tarix: 07.10.2017) və Tahir Salahovun (“incə sənət” layihəsi ; tarix: 27.04.2017) ev muzeylərinə getmiş, onların uğurlu yaradıcılıqları,möhtəşəm əsərləri ilə tanış olmuşuq. islam Həmrəyliyi ili çərçivəsində əmircan qəsəbəsində yerləşən neft sahibkarı Murtuza Muxtarovun adını daşıyan tarixi Məscidi ziyarət etmişik (07.10.2017).Nə qədər müasirləşsək də milli ornamentlərimizi unutmayaraq “Azərbaycan Milli geyimlərinin sərgisi”ni keçirmişik (20.07.2017). istedadlı gənc seçicilərimizi Xalq rəssamlarımız Ağaəli ibrahimov və Arif Hüseynovla görüşdürmüşük. (“Gənclik və şəxsiyyətlər” layihəsi ; tarix: 20.07.2017). Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə “Heydər əliyev Mərkəzi”nə ekskursiya təşkil etmiş, Ulu Öndər Heydər əliyevin irsi barədə maraqlı məlumatlar almışıq (04.11.2017).
Sadaladığım görüşlərin həyata keçirilməsində mənə dəstək olan Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı, Binəqədi Rayon Gənclər və idman idarəsi, üzvü olduğum Binəqədi Bələdiyyəsinə minnətdarlığımı bildirirəm!
Qarşıdan gələn 2018-ci ilin Binəqədi bələdiyyəsi üçün daha məhsuldar olacağına inanıram.
Aysel əlizadə
Binəqədi bələdiyyəsinin üzvü