Azərbaycanda vüsət alan dinamik inkişaf bütün bölgələrdə olduğu kimi Abşeron rayonunda da hər bir sahədə yaxından müşahidə olunmaqdadır. Ötən illər ərzində rayonun kənd və qəsəbələrin hərtərəfli inkişafı üçün böyük işlər görülmüşdür və bu işlər bu gündə yüksək əzmlə davam etdirilir. Prezident ilham əliyevin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər rayon ərazisində olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır.
Rayonda xüsusən son illərdə vüsət alan inkişafda bələdiyyələrin rolu danılmazdır. Onların təşəbbüskarlığı və aparılan quruculuq işlərinə fəal qoşulmaları nəticəsində Abşeronun qəsəbə və kəndlərində sosial-iqtisadi problemlər müsbət həllini tapır.
Beləki, Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xətlərinin yenidən qurulması, yeni uşaq baxçası, məktəb səhiyyə müəssisələrinin, ambulatoriyaların tikilməsi, köhnələrinin əsaslı təmir olunması, ağac və bəzək kollarının əkilməsi istiqamətində mühüm işlər görmüşdülər. Qobu bələdiyyəsi də bu inkişafdan və uğurlarda kənarda qalmamışdır.
***
Ötən 2018-ci ildə bələdiyyənin ümumilikdə 12 iclası keçirilmiş və bu iclaslar zamanı bir çox məsələlər müzakirə olunaraq öz müsbət həllini tapmışdır. 2018-ci ildə bələdiyyənin gəlirləri 36.058 manat, xərcləri isə 36.502 manat olmuşdur. dövlət büdcəsindən ayrılan dotasiya 2620,0 manat təşkil etmişdir.
2018-ci ildə xalqımızın milli bayramlarından olan Novruz bayramı Qobu bələdiyyəsi tərəfindən təmtəraqla və yüksək səviyyədə qeyd edilmişdir. Beləki, Qobu qəsəbə sakinləri üçün musiqili, əyləncəli Novruz şənliyi yüksək səviyyədə keçirilmişdir.
imkansız, aztəminatlı və şəhid ailələri də bələdiyyənin daim diqqət mərkəzində olmuşdur. 2018-ci ildə də belə ailələr diqqətdən kənarda qalmamışdır. Ramazan ayı ərzində belə ailələr üçün iftar süfrələri təşkil edilmiş, Qurban bayramı ərəfəsində bir neçə qurbanlıq heyvanların alınıb kəsilərək bu ailələrə paylanılması və ərzaq yardımı verilməsi təşkil edimişdir. Bundan əlavə bir neçə imkansız qəsəbə sakininə müraciətlərinə əsasən sosial vəziyyətlərinin ağır olması və xəstəlikləri ilə əlaqədar maddi yardımlar edilmişdir.
Ötən il yeni yaşıllıqların salınması bələdiyyənin diqqət mərkəzində əsas məsələlərdən biri kimi yer tutmuşdur. Həm ilin əvvəlində, həmdə ilin sonunda yol kənarlarında, küçə və məhələlərdə qurumuş, məhv olmuş ağacların yerinə 300-dən çox xan çinarı əkilmişdir. Bundan əlavə yol kənarlarında 350 ədəd eldar şamı, küknar, zeytun ağacları əkilmiş, yay aylarında mövcud yaşıllıqların qorunması məqsədilə gündə iki dəfə sulanması işi bələdiyyə tərəfindən təşkil edilmişdir.
Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə Qobu qəsəbə uşaq baxçasında tərbiyə alan uşaqların hər birinə hər il olduğu kimi yeni il hədiyyələri alınaraq uşaqlar arasında paylanılmışdır.
ətraf mühütün mühafizəsi və ekologiyanın qorunması məqsədilə bələdiyyə 2018-ci ildə öz tədbirlərini davam etdirmişdir. Beləki, qəsəbənin bir neçə yerində olan zibilxanalar ləğv edilmiş, fərdi yaşayış evlərindən məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi işi təşkil edilmişdir. Həftədə iki dəfə məişət tullantılarının daşınması işi təşkil edilir.
Bələdiyyə tərəfindən bir neçə məhəllə daxili yolda abadlıq işləri aparılmışdır. Bir neçə məhəllə daxili yol traktorla hamarlaşdırılmış, çal-çuxur yerlər düzəldilmiş, karbonat və daş qırıntıları tökülərək yayılmışdır. Gələcəkdə bu daxili küçələrin asfaltlanması işlərinin görülməsi bələdiyyənin imkanları çərçivəsində nəzərdə tutulur.
Həmçinin qəsəbə ərazisindən keçə kanalda il ərzində bir neçə dəfə təmizlik işləri aparılmış, kanala pərakəndə halda atılan məişət tullantıları götürülərək zərərsizləşdirilmişdir.
Qəsəbə qəbiristanlığında da abadlıq işləri görülmüş, yararsız sökük vəziyyətdə olan qəbiristanlıq yenidən hasarlanmışdır. Hasar suvaqlanmış, bir neçə istiqamətdə giriş qapısı yenilənmişdir.
Qəsəbə məscidində də təmir abadlıq işlər aparılmış, məscidin giriş hissəsində müxtəlif ehsan mərasimlərinin keçirilməsi üçün yer tikilmiş, giriş qapısı qoyulmuşdur.
***
Bu qədər işin daxili imkanlar nəticəsində görülməsi bələdiyyənin öz işini düzgün təməl üzərində qurması nəticəsində olmasından irəli gəlir. 2019-cu ildə bələdiyyə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışacaq. Daha çox sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində addımlar atacaq, həllini gözləyən məsələlərin həlli olunması üçün çalışacağıq
A. T. NəCəFOV
Abşeron rayonu Qobu bələdiyyəsinin sədri
P.S Abşeron rayonu Qobu bələdiyyəsinin 2018-ci ilin yekunlarına
həsr olunmuş hesabatı