2020-ci ili pandemiya dövrünün çətinliklərinə, vergi yığımında üzləşdiyimiz problemlərə, Vətən müharibəsinin törətdiyi sıxıntı və həyəcanlara baxmayaraq Keşlə bələdiyyəsi üçün qənaətbəxş hesab etmək olar. Fevral ayında ə.əzimzadə küçəsindəki 1700 m2 boş ərazinin və Y.Səfərov küçəsindəki “şəhid Yavər Səfərov bulağı”nın ətrafının abadlaşdırılmışdır. əzimzadə küçəsindəki ərazi 40 sm hündürlükdə daş hasarla əhatəyə alınmış, 3 ədəd besedka və uşaqlar üçün yelləncək qoyulmuş, besedkalara tərəf gedən cığırlar asfaltlanaraq qaydaya salınmış, cığırların kənarına bardürlər düzülmüş, quru ağaclar kəsilib götürülmüş, yerdə qalan çoxillik ağaclar budanmış, həmin ərazi düzlənmiş, ərazinin müəyyən hissəsi asfaltlanmış, uzunluğu 90 metr, hündürlüyü 2 metr olan divar suvaqlanıb rənglənmiş, besedkaların oturacaqları rənglənmiş və beləliklə ə.əzimzadə küçəsindəki həmin boş ərazi tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Y.Səfərov küçəsindəki “şəhid Yavər Səfərov bulağı”nın ətrafı abadlaşdırılmış, bulağın ətrafına kafellər vurulmuş, yerə tamet döşənmiş, su boruları dəyişdirilmiş, bulağın yaxınlığında olan 2 besedka təmir edilmiş və rənglənmişdir. Bütün bu işlərə bələdiyyə büdcəsindən 8000 manat vəsait xərclənmişdir
Keşlə qəsəbəsindəki M.H.Kazımov, Yenikənd, Sabir, Puşkin, Zakir, 1-ci Uzununa və s. küçələrdə bardürlərinin yenilənməsi, sakinlərin rahat gediş-gəlişi üçün həmin küçələrin yenidən düzəldilməsi, çökək olan ərazilərə lazımi daş və sement qatının tökülməsi məqsədilə bələdiyyə büdcəsindən 2000 manat vəsait xərclənmiş və sakinlərin istifadəsinə verilmişdir.Qəsəbədəki şəhidlər Xiyabanında hündürlüyü 4 metr olan bayraq dirəyi qoyulmuş, sıradan çıxmış projektorlar yenilənmiş və təmizlik işlərində istifadə etmək məqsədilə bəzi təsərrüfat malları alınmışdır.
Mart və aprel aylarında pandemiya ilə əlaqədar olaraq Keşlə qəsəbəsindəki bütün küçələr və bələdiyyəyə müraciət edən sakinlərin həyətləri Keşlə bələdiyyəsi tərəfindən lazım olan dərmanlar, vəsaitlər alınaraq dəfələrlə dezinfeksiya olunmuşdur. Bu məqsədlə bələdiyyə büdcəsindən 3000 manat məbləğində vəsait ayrılmışdır. Həmin aylarda 67 nəfər aztəminatlı ailəyə, əlillərə və şəhid ailələrinə ərzaq yardımı göstərilmişdir. Qəsəbədəki 1941-1945 xatirə parkının saxlanmasına (bağban və süpürgəçilərin xidmət haqqı), ora lazım olan təsərrüfat mallarının alınmasına ümumilikdə 10000 manat xərclənmişdir.
Vətən müharibəsinin başladığı ilk günlərdən Azərbaycan Ordusunun tərkibində Keşlə qəsəbəsindən olan gənclər də iştirak ediblər. Onlardan şəhidlik zirvəsinə yüksələnənlər də oldu, yaralananlar da. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara isə şəfa diləyirik. Dövlətimiz şəhid ailələrinə, sağlamlığını itirib qazi adı qazananlara xüsusi qayğı və diqqət göstərir. Vətən müharibəsində iştirak etmiş, torpaqlarımızın azadlığı uğrunda vuruşmuş Keşlə qəsəbəsindən olan gənc qazilərə, həmçinin əsgər ailələrinə maddi dəstək göstərmək məqsədilə Keşlə bələdiyyəsi tərəfindən 8 yaralı əsgərə hər birinə 200 manat olmaqla 1600 manat və 13 əsgər ailəsinə 1690 manat məbləğində, cəmi 3290 manat tərəfimizdən maddi yardım göstərilib.
Dekabr ayında Keşlə bələdiyyəsinin inzibati binasında təmir işləri, binanın ətrafında isə abadlıq işləri aparılmışdır. Təmir işləri indi də davam edir. l ərzində qəsəbədə yaşayan əlillər, aztəminatlı ailələr də bələdiyyənin diqqətindən kənarda qalmamışdır. Belə ki, yanvar ayında Keşlə bələdiyyəsi tərəfindən 3 nəfər qəsəbə sakininə ümumilikdə 700 manat; fevral ayında 3 nəfərə ümumilikdə 450 manat; mart ayında 2 nəfərə ümumilikdə 210 manat; may ayında 1 nəfərə 60 manat; iyun ayında 3 nəfərə ümumilikdə 450 manat; sentyabr ayında 3 nəfərə ümumilikdə 350 manat, oktyabr ayında 5 nəfərə ümumilikdə 800 manat, noyabr ayında Vətən uğrunda gedən döyüşlərdə iştirak edən 4 əsgər ailəsinə 620 manat, Keşlə qəsəbə sakinlərindən 4 nəfərə (əlillərə, xəstələrə və aztəminatlı ailələrə) isə 700 manat, ümumilikdə 1320 manat; dekabr ayında 18 nəfərə (yaralı əsgərlər, əsgər ailələri və aztəminatlı ailələr) 2670 manat məbləğində maddi yardım edilmişdir.
Ümumilikdə 2020-ci ildə 46 nəfərə cəmi 7010 manat maddi yardım verilmişdir.
Tərəfimizdən müxtəlif ünvanlarda yaşayan Keşlə qəsəbə sakinlərinin evləri üçün təhlükə yaradan, qəzalı vəziyyətdə olan ağacların kəsilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə, Bakı şəhəri icra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciətlər edilmişdir və sakinlərin üzləşdiyi problemlər bələdiyyənin köməkliyi ilə həllini tapmışdır. 2020-ci ildə bələdiyyəyə 406 ərizə və 133 məktub daxil olmuş, tərəfimizdən müxtəlif təşkilatlara 156 məktub göndərilmiş, 76 nəfərə arayış verilmişdir. Bütün ərizə və məktublara operativ müsbət cavab verilmişdir. 29 əsgərin məzuniyyət biletinə müvafiq qeydlər edilmişdir. Hörmətli Ali Baş Komandan cənab ilham əliyevin rəhbərliyi ilə müzəffər və şücaətli Azərbaycan Ordusunun qazandığı qüdrətli qələbə nəticəsində respublikamızda böyük ruh yüksəkliyi duyulmaqdadır. Hamı kimi Keşlə bələdiyyəsinin kollektivi də bu Qələbəyə ürəkdən sevinir və Dövlətimizin yeni-yeni uğurlar qazanması yolunda öz üzərinə düşən vəzifəni layiqli yerinə yetirir.
ələmdar Bafadarov
Nizami rayonu Keşlə bələdiyyəsinin sədri