"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2021-cı il üçün Tüləkəran bələdiyyəsinin HESABATI

--2022-02-18 / 07:54

2021-cı il üçün Tüləkəran bələdiyyəsinin

HESABATI

Ölkəmizin sürətli inkişafında və əhalinin sosial rifah halının yüksəlməsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrin də rolu ilbəil artmaqdadır.  iyirmi iki il ərzində fəaliyyətdə olan bələdiyyə sistemi bu gün ölkəmizdə yerli özünüidarəetmə sahəsində ciddi addımlar atır, bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. Bələdiyyələrin qarşısında duran əsas vəzifə isə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdir.

Bu baxımdan Tüləkəran bələdiyyəsi də hesabat ilində müəyyən işlərin görülməsinə nail olmuşdur.

2021-cı il üçün bələdiyyə üzrə 46500 manat gəlir planlaşdırıldığı halda, mədaxil faktiki olaraq cəmi 9958.40 manat olmuşdur.  Büdcənin mədaxil hissəsinə hesabat dövründə 21.42 % əməl edilmişdir ki, bu da büdcənin36541.6 manat kəsirlə  yerinə yetirilməsi deməkdir.

Büdcəyə daxilolmalar aşağıdakı mənbələr hesabına olmuşdur:

- Torpaq vergisi –       2476.30 manat

- əmlak vergisi –        3434.10 manat

- Bələdiyyə Tərəfindən Xidmətlərin göstərilməsindən –   276.00 manat

Maliyyə sanksiyaları üzrə –                                    520.56  manat

- Bələdiyyə əmlakının icarəsindən                           –631.40 manat

- Dotasiya                                                               –2620 manat

Hesabat dövründə bələdiyyə büdcəsinin məxaric hissəsi 46500 manat əvəzinə10273 manat təşkil etmişdir ki, bu da proqnoza 22.09% əməl olunması deməkdir. Xərclər üzrə proqnoz 36227 manat kəsirdə qalmışdır.

Bələdiyyə büdcəsinin məxaric hissəsi aşağıdakı kimi olmuşdur:

- Yerli özünüidarəetmə orqanlarının saxlanması

   xərcləri – 7647.70 manat

- DSMF borclarına – 1750 manat

- Digər xərclər-874.97 manat

Hesabat ilində şəhər ərazisdində mövcud vergi ödəyicisilərinin 72,4%- nə bələdiyyəyə olan vergi borcları göstərilmiş tədiyyə bildirişləri paylanılmışdır. Bu bildirişlərdə göstərilmiş borcların ümumi məbləğinin 52800 manat olmasına baxmayaraq, 2021- cı ildə cəmi 184 nəfər vergi ödəyicisi ödənişlərdə iştirak etmişdir ki, bu da tədiyyə bildirişi verilənlərin 9,5%- ni təşkil edir. Yəni kəndlərimizdə təxminən hər on vergi ödəyicisindən biri bələdiyyəyə olan borclarını vaxtında ödəyirlər.

01 yanvar 2022-ci il tarixə vergi ödəyicilərinin bələdiyyəyə 48000 manat vergi borcu vardır ki, bunun 20000 manatı torpaq vergisi,28000 manatı isə əmlak vergisidir.

Bələdiyyənin “Monitoring Daimi Komisiyası” tərəfindən aparılan monitoringlər zamanı 1.08 ha prespektiv inkişaf ərazisinin, 6.5 ha örüz ərazisinin zəbt olnduğu məlum olmuş, 0.08 ha sahə üzərində bələdiyyənin mülkiyyət hüququ bərpa olunmuş, 1.00 ha üzərində mülkiyyət hüququnun bərpa olunması üçün məhkəməyə müraciət olunmuş, 6.5 ha örüş sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun pərpası istəqimətində müvafiq işlər aparılır. Monitorimg daimi komisiyasının apardığı monitoringlər zamanı Yenikənd kəndinin su təhcizatı xəttinə 16 vətəndaş tərəfindən müdaxilələrin olduğu məlum olmu. Və məsələ öz həllini tapmışdır.

“Ailə Uşaq və Qadınların Problemləri üzrə” daimi komisiyanın fəaliyyəti zamanı isə kəndələrdki bir neçə problemli ailərlə aparılan söhbətlər zamanı bir gənc ailə bo.anmaq üzrə olduqlarından onlarla profilaktık söhbətlər aparılaraq mesbət nəticə əldə olunmuşdur. Boşanmış bir ailənin isə uşağın atada və ya anada qalmaq mübahisəsi üzrə müraciət daxil olmuş. Araşdırma zamanı mübahisənin Ali məhkəməyə qədər gedim çıxdığı məlum olmuş. Müvafiq söhbətlərdən sonra məsələ öz müsbət həllini tapmışdır.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, bizim rayonda da son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Bu işlər, eləcə də tikilməkdə olan istehsal təyinatlı obyektlər və digər yeni layihələr rayonda gedən inkişafın sübutudur. Biz çox istərdik ki, rayonun bu inkişafında bələdiyyələrin də öz rolu olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında ödənilməlidir.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 16 yığıncaq keçirilmiş, müxtəlif məsələlər müzakirə edilərək qərarlr qəbul edilmişdir. 2021-cı ildə bələdiyyəyə 78 məktub və müraciət daxcil olmuşdur.

Maliyyə imkansızlığına baxmayaraq ötən il tərəfimizdən kəndlər ərazisində müəyyən işlər də görülmüşdür. Beləki Quba Tüləkəran yolunun üzərindəki körpünün dayağları möhkəmləndirilmiş, Yenikənd kəndind 800 metr hissəyə çınqıl döşənmiş, Yenikəd kəndinin su təhcizatının 60 faiz hissəsi görülmüş qalan işlər isə mart aprel aylarında görüləcəkdir. Gültəpə kəndində Vətən müharibəsi şəhidi isayev Ceyhunun məzar abidəsinin tikintisi üçün ümumilikdə 880 manat məbləğində tikinti materialları alınaraq şəhidin atasına təhvil verilmişdir.

Fürsətdən istifadə edərək bütün kəndsakinlərinə müraciət edirik ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.

Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və kəndlərdə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdik. Bəzi sakinlər kənd yerində yaşadıqlarını mən deyərdim ki, unudaraq həyətyanı sahələrindən çıxan tövlə tullantılarını, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına yığırlar.  Mişar daşını, çınqıl, qravil, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla  bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.

(Dayanacaqlara, ağaclara, dirəklərə yapışdırılan elanlar).

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. istəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

Məhəllə komitələrinin, ağsaqqalların, ziyalıların və bütün şəhər əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda kənd sakinlərinin  köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

R.Hüseynov

Quba rayonu Tülkəran bələdiyyəsinin sədri

 

 

ŞƏRHLƏR