Ümumi daxili məhsul. 2021-ci ilin yanvar-dekabr aylarında şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,0 faiz azalaraq, 11500,7 min manat olmuşdur. istehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 328,6 manat təşkil etmişdir.
2021-ci il üzrə məhsulun 7314,1 min manatı kənd təsərrüfatında, 44,0 min manatı tikintidə, 521,7 min manatı nəqliyyat və anbar təsərrüfatı sahələrində, 2975,4 min manatı isə ticarət və xidmət sahələrində olmuşdur. iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə cədvəl 1-də öz əksini tapmışdır.
Demoqrafik vəziyyət haqqında. şuşa rayonunun ərazisi 310,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 113 nəfər təşkil edir.
2022-ci ilin 01 yanvar vəziyyətinə ilkin məlumatlara əsasən rayonun əhalisi 35,0 min nəfər olmuş (o cümlədən, şəhər yeri 25,4 min nəfər, kənd yeri 9,6 min nəfər) və 2021-ci il ərzində əhalinin sayı 87 nəfər, yaxud 0,2 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 48,33 faizini kişilər (16,9 min nəfər), 51,67 faizini qadınlar (18,1 min nəfər) təşkil edir. ilkin məlumatlara əsasən doğulanların sayı 273 nəfər, ölənlərin sayı isə 186 nəfər olmaqla təbii artım 87 nəfər olmuşdur. Miqrasiya artımı isə olmamışdır. Rayon üzrə 123 nikah, 59 boşanma faktı qeydə alınmışdır.
əmək. işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali şuşa rayonunda 01 yanvar 2022-ci il tarixinə 15 və yuxarı yaşda olan rayon əhalisinin 71,8 faizini təşkil etmişdir. iqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 93,2 faiz, işsizliyin səviyyəsi 6,8 faiz olmuşdur.
Rayonun sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri də əhalinin məşğulluğudur. iqtisadiyyatın bütün sahələrində məşğul olanların sayı 16606 nəfər olmuşdur. Xüsusi mülkiyyətdə məşğul olan işçi qüvvəsinin əksəriyyəti kənd təsərrüfatı, ticarət və xidmət fəaliyyəti ilə məşğul olanlardan ibarətdir.
2021-ci il ilin yanvar-dekabr aylarında rayonda 36 vahid yeni iş yeri açılmışdır ki, bunların hamısı daimi iş yerləridir. Açılmış iş yerlərindən 7-i mövcud müəssisə və təşkilatlarda, 29–u isə fiziki şəxslərdədir.
2021-ci il ərzində rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqısı 545,2 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7 faiz artmışdır.
Sənaye Rayon üzrə sənaye təşkilatlarının 2021-ci ilin yanvar-dekabr aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 645,5 min manat olmuşdur.
Sənaye təşkilatlarında ilin əvvəlindən 54 nəfər çalışmışdır. Onlara 573,6 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 885,2 manat olmuşdur.
2021-ci ilin yanvar-dekabr aylarında əsas kapitala investisiya yönəldilməmişdir.
əsaslı tikinti və investisiya. Rayon üzrə tikinti təşkilatlarının 2021-ci ilin yanvar-dekabr aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 44,0 min manat olmuşdur ki, 44,0 min manatına da əsaslı təmir işləri yerinə yetirilmişdi.
Keçən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin dəyəri 6906,1 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 6862,1 min manat, yəni 99,4 faiz azalmışdır.
Tikinti təşkilatlarında ilin əvvəlindən 55 nəfər çalışmışdır. Onlara 33,0 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 600,0 manat olmuşdur.
2021-ci ilin yanvar-dekabr aylarında əsas kapitala investisiya yönəldilməmişdir.
Tikintinin əsas göstəriciləri keçən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə cədvəl 2-də verilmişdir.
Kənd təsərrüfatı. 2021-ci il şuşa rayonu üzrə kənd təsərrüfatı sahəsində xeyli uğurlu göstəricilər olmuşdur. şuşa rayon əhalisi məcburi köçkün olaraq respublikanın müxtəlif rayon və şəhərlərində məskunlaşmış və həmin ərazilərdə bu və ya digər formada torpaqdan istifadə etməklə müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkinini aparmışlar.
şuşa rayonu üzrə 2021-ci ilin məhsulu üçün 01 yanvar 2021-ci il vəziyyətə 2322,6 hektar sahədə şumlama işi aparılmış, ondan 1239,8 hektarında buğda, 731,3 hektarında arpa, 71,5 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir.
Bundan başqa 2021-ci ilin məhsulu üçün rayon üzrə 226,3 hektar sahədə isə yazlıq əkin işləri aparılmışdır. Yazlıq əkindən 2,5 hektar sahədə yazlıq buğda, 124,8 hektar sahədə tərəvəz, 2,0 hektar sahədə kartof, 87,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri, yəni yemiş, 9,5 hektar sahədə isə yazlıq yonca əkilmişdir.
Bundan başqa keçən ilin əkmələrindən 150,9 hektar sahədə yonca vardır.
Rayon üzrə il ərzində yeni salınmış bağlar 1,0 hektar və barverən yaşda olan bağ sahəsi isə 16,5 hektar olmaqla cəmi 17,5 hektar bağ sahəsi vardır.
2021-ci ildə əkin sahəsində məhsul yığımı aşağıdakı kimi olmuşdur:
2021-ci ildə 1242,3 hektar buğda sahəsindən 28898,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 7,9% azdır. Keçən il məhsuldarlıq 21,4 sentner/ha olduğu halda, bu il 23,3 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 1,9 sentner/ha çoxdur.
2021-ci ildə 731,3 hektar arpa sahəsindən 13883,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 147,9% çoxdur. Keçən il məhsuldarlıq 12,6 sentner/ha olduğu halda, bu il 19,0 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 6,4 sentner/ha çoxdur.
2021-ci ildə 2,0 hektar kartof sahəsindən 220,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 60,0% azalmışdır. Keçən il məhsuldarlıq 110,0 sentner/ha olduğu halda, bu il də 110,0 sentner/ha olmuşdur və məhsuldarlıq dəyişməmişdir.
2021-ci ildə 124,8 hektar tərəvəz sahəsindən 24776,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 108,2% artmışdır. Keçən il məhsuldarlıq 170,0 sentner/ha olduğu halda, bu il 198,5 sentner/ha olmuşdur ki, bu da keçən ilə nisbətən 28,5 sentner/ha çoxdur.
2021-ci ildə keçən ildən fərqli olaraq 87,5 hektar sahədə ərzaq üçün bostan bitkiləri (yemiş) əkilmiş və həmin sahədən 6905,0 sentner məhsul əldə edilmişdir. Məhsuldarlıq 78,9 sentner/ha olmuşdur.
2021-ci ildə 160,4 hektar yonca sahəsindən 6760,0 sentner məhsul əldə edilmişdir ki, bu da keçən ilə nisbətən 20,7% çoxdur. Keçən il məhsuldarlıq 32,0 sentner/ha olduğu halda, bu il 42,1 sentner/ha olmuşdur, bu da keçən ilə nisbətən 10,1 sentner/ha çoxdur.
2021-ci ildə 17,5 hektar meyvə bağı olmuşdur ki, bundan da 16,5 hektarı barverən yaşda olmuşdur. Bu meyvə bağlarından da 99,0 sentner məhsul əldə edilmişdir. Keçən il məhsuldarlıq 6,8 sentner/ha olduğu halda, bu il 6,0 sentner/ha olmuşdur.
Kənd təsərrüfatı sahəsində aparılan islahatların uğurlu nəticəsi olaraq vətəndaşların şəxsi təsərrüfatlarında mal-qara və quşların sayı nəzərə çarpacaq şəkildə artmış, özəl sektorun hesabına kənd təsərrüfatı məhsullarının istehsalı xeyli çoxalmışdır.
01 yanvar 2022-ci il vəziyyətinə heyvanların, quşların və arı ailələrinin tam uçotunun aparılması şuşa rayonunun 13 inzibati ərazi dairəsi üzrə 38 yaşayış məntəqəsində, 7674 təsərrüfatda keçirilmişdir. Aparılan siyahıyaalma nəticələri aşağıdakı kimi olmuşdur:
iri buynuzlu mal-qara rayon üzrə cəmi 562 ev təsərrüfatında 4895 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 97 ev təsərrüfatında olmaqla 1362 baş, kənd yeri üzrə isə 465 ev təsərrüfatında olmaqla 3533 baş olmuşdur.
inək və camışlar rayon üzrə 562 ev təsərrüfatında 2413 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 97 ev təsərrüfatında olmaqla 709 baş, kənd yeri üzrə isə 465 ev təsərrüfatında olmaqla 1704 baş olmuşdur.
Qoyun və keçilər rayon üzrə 425 ev təsərrüfatında 36247 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 81 ev təsərrüfatında olmaqla 16129 baş, kənd yeri üzrə isə 344 ev təsərrüfatında olmaqla 20118 baş olmuşdur.
Quşlar rayon üzrə 556 ev təsərrüfatda 19382 baş olmuşdur ki, bundan da şəhər yeri üzrə 79 ev təsərrüfatında olmaqla 3334 baş, kənd yeri üzrə isə 477 ev təsərrüfatında olmaqla 16048 baş olmuşdur.
Arı ailəsi rayon üzrə 151 ev təsərrüfatında 4163 arı ailəsi olmuşdur ki, bundan da şəhər yeri üzrə 49 ev təsərrüfatında olmaqla 1831 arı ailəsi, kənd yeri üzrə isə 102 ev təsərrüfatında olmaqla 2332 arı ailəsi olmuşdur.
01 yanvar 2022-ci il vəziyyətinə rayon üzrə keçən il iri buynuzlu mal – qara 4869 baş olduğu halda, bu il 4895 baş olmuş, yəni 26 baş və ya 0,5%, inək və camış keçən il 2399 baş olduğu halda, bu il 2413 baş olmuş, yəni 14 baş və ya 0,6%, qoyun və keçi keçən il 35821 baş olduğu halda, bu il 36247 baş olmuş, yəni 426 baş və ya 1,2% artmışdır.
Atlar keçən il 207 baş olduğu halda, bu il 216 baş olmuş, yəni 9 baş və ya 4,3% artmışdır. Quşlar isə keçən il 19077 baş, bu il isə 19382 baş, yəni 305 baş və ya 1,6% artmışdır. Arı ailəsi keçən il 4302 ailə olduğu halda, bu il isə 4163 ailə olmuş, yəni 139 arı ailəsi və ya 3,2% azalmışdır.
əhalinin heyvandarlığa olan marağının nəticəsidir ki, bəzi çətinliklərə baxmayaraq rayonun əhalisi bu sahəni daha yüksək inkişaf etdirməyə çalışırlar.
Baxılan dövrdə rayon üzrə ət istehsalı 3688,0 sentner (diri çəkidə), süd istehsalı 20330,0 sentner, yumurta istehsalı 897,0 min ədəd, yun istehsalı 530,0 sentner olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, ət istehsalı 44,0 sentner, süd istehsalı 65,0 sentner, yumurta 5,0 min ədəd, yun isə 158,0 sentner artmışdır.
2021-ci ilin yanvar–dekabr aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 7314,1 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1922,2 min manat, yəni 35,6% artmışdır.
əhalinin kənd təsərrüfatına olan marağının nəticəsidir ki, bəzi çətinliklərə baxmayaraq rayonun əhalisi bu sahəni daha yüksək inkişaf etdirməyə çalışırlar.
Nəqliyyat və anbar təsərrüfatı. Rayon üzrə 2021-ci ilin yanvar-dekabr aylarında nəqliyyat və anbar təsərrüfatı müəssisələrində göstərilmiş xidmətlərin həcmi 521,7 min manat, başqa sözlə keçən ilin müvafiq dövrünə nisbətən 19,4% az olmuşdur.
şuşa Rayon Statistika idarəsinin rəisi