"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

2022-ci ilin yanvar-sentyabr aylarında Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı haqqında

--2022-12-08 / 13:53

Ümumi məhsul buraxılışı. 2022-ci ilin yanvar-sentyabr aylarında Cəbrayıl rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3 dəfə artaraq 353788,0 min manat olmuşdur. istehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 4268,1 manat təşkil etmişdir.

2022-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə məhsul buraxılışının ümumi həcminin 2021-ci ilin müvafiq dövrünə nisbətən artması tikinti, kənd təsərrüfatı, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə sahələrinin hesabına olmuşdur.

 Məhsulun 326598,5 min manatı tikintidə, 23918,8 min manatı kənd təsərrüfatında, 2422,1 min manatı sənayedə, 674,1 min manatı isə nəqliyyat və anbar təsərrüfatında, 174,5 min manatı isə informasiya və rabitə sahələrində istehsal olmuşdur.

əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə məhsul istehsalı nəqliyyat və anbar təsərrüfatı sahəsində 23,8 dəfə, tikinti sahəsində 3,5 dəfə, informasiya və rabitə sahələrində 28,2 faiz kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 14,3 faiz artmış, sənaye sahəsində isə 36,2 faiz azalmışdır.

ərazisi və əhalisi. Cəbrayıl rayonunun ərazisi 1,05 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 79 nəfər təşkil edir.

2022-ci ilin 01 oktyabr vəziyyətinə rayonun əhalisi 82,9 min nəfər olmuş (o, cümlədən şəhər əhalisi 13,7 min nəfər, kənd əhalisi 69,2 min nəfər) və 2022-ci ilin əvvəlindən 408 nəfər, yaxud 0,5 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,0 faizini kişilər (40,7 min nəfər), 51,0 faizini qadınlar (42,2 min nəfər) təşkil edir. əhalinin 21,6 faizi 0-14 yaşda (17,9 min nəfər), 70,9 faizi 15-64 yaşda (58,8 min nəfər), 7,5 faizi (6,2 min nəfər) 65 və yuxarı yaşda olanlardır. əhalinin 22,2 faizini (18,4 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.

 2022-ci ilin yanvar-sentyabr aylarında 735 nəfər doğulan qeydə alınmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə doğulanların sayı 0,1 faiz artmışdır. ilin əvvəlindən ölənlərin sayı isə 326 nəfər olmuşdur. 2021-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölənlərin sayı 0,1 faiz azalmışdır.

2022-ci ilin yanvar-sentyabr aylarında rayonda 327 nikah bağlanmış və 101 boşanma halı qeydə alınmışdır. əhalinin hər min nəfərinə hesabı ilə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 66,0 faiz, boşanma hallarının sayı isə 17,4 faiz artmışdır.

 2022-ci ilin yanvar-sentyabr aylarında rayon ərazisinə daimi yaşamaq üçün gələn olmamış və 1 nəfər isə qeydiyyatdan çıxan olmuşdır.

         əmək. işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali 01 oktyabr 2022-ci il tarixinə 41094 nəfər olmuş, 15 və yuxarı yaşda olan əmək qabiliyyətli əhali rayon əhalisinin 76,8 faizini təşkil etmişdir. iqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 92,7 faiz olmuşdur.

 

Yeni iş yerləri. 2022-ci il ilin yanvar-sentyabr aylarında rayonda 29 vahid yeni iş yeri açılmışdır ki, onlardan hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 11 vahid mövcud müəssisə və təşkilatların, 18 vahid isə yeni açılmış müəssisə və təşkilatların payına düşür.

2022-ci ilin yanvar-sentyabr aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 595,8 manat, əvvəlki ilin müvafiq dövründə isə 496,8 manat təşkil etmişdir. Orta aylıq nominal əməkhaqqı ötən ilin doqquz ayı ilə müqayisədə 19,9 faiz çox olmuşdur.

Sənaye. 2022-ci ilin yanvar-sentyabr aylarında mövcud olan 3 sənaye müəssisəsi fəaliyyət göstərmişdir.

 2022-ci ilin yanvar-sentyabr aylarında istehsal olunmuş malların, yerinə yetirilmiş iş və xidmətlərin dəyəri faktiki qiymətlərlə 2422,1 min manat, ötən ilin müvafiq dövründə isə 3795,4 min manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1373,3 min manat və ya 36,2 faiz azalmışdır.

Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələr üzrə 2022-ci ilin yanvar-sentyabr aylarında hesablanmış əmək haqqı fondu 754,5 min manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 701,0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək haqqı fondu 107,6 faiz təşkil etmişdir.    

Bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 2022-ci ilin yanvar-sentyabr aylarında 505,7 manat, ötən ilin müvafiq dövründə 396,2 manat olmuşdur. Ötən ilin müfaviq dövrü ilə müqayisədə nominal əmək haqqı 27,6 faiz çox olmuşdur.

  1. Rayon üzrə tikinti təşkilatlarının 2022-ci ilin yanvar-sentyabr aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 326598,5 min manat olmuşdur. Tikinti podrat işlərinin 323073,6 min manatını yenidənqurma, əsaslı tikinti işləri, 2439,3 min manatını əsaslı təmir işləri, 1053,0 min manatını cari təmir işləri, 32,6 min manatını isə sair işlər təşkil edir.

Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin dəyəri 94248,5 min manat olmuşdur. Hesabat dövründə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 232350,0 min manat və ya 3,5 dəfə çox olmuşdur.  

         Tikinti təşkilatlarında hesabat dövrünə işçilərin sayı 115 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. Onlara 449,8 min manat əməkhaqqı fondu hesablanmış və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 435,5 manat olmuşdur. Ötən ilin müvafiq dövründə isə tikinti təşkilatlarında 100 nəfər calışmış, onlara 442,1 min manat əməkhaqqı fondu hesablanmış və bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 490,7 manat olmuşdur. Hesabat dövründə bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz az təşkil etmişdir.

       Kənd təsərrüfatı. 2021-ci ildə əkin sahələrinin cəmi 7076,1 hektar, 2022-ci ildə isə 2,1 dəfə artaraq 15185,1 hektar olmuşdur. Bundan başqa 56,6 hektar təkrar əkin aparılmışdır. Bu əkin sahələrinin 3294,0 hektarı ailə kəndli təsərrüfatlarının, 11891,1 hektarı isə özəl sektorun payına düşür. Taxıl sahəsinin keçən ilin müvafiq dövrü ilə müqayisədə artmasının əsas səbəbi özəl kənd təsərrüfatı müəssisələrinin işğaldan azad edilmiş əkinə yararlı torpaqlarda 11743,1 hektar dənli və paxlalı məhsullarının əkilməsidir. Belə ki, həmin ərazilərin 7630,0 hektarında buğda, 3563,1 hektarında arpa, 550 hektarında isə noxud məhsulu əkilmişdir.

əkin sahələrinin 8930,0 hektarını buğda, 4140,1 hektarını arpa, 0,6 hektarını vələmir, 550 hektarını noxud, 9,4 hektarını şəkər çuğunduru, 32,7 hektarını kartof, 66,0 hektarını tərəvəz, 1,3 hektarını bostan, 450,0 hektarını cari ilin yazlıq çoxillik otları (yonca), 1005,0 hektarını keçmiş illərin çoxillik ot bitkiləri (yonca) təşkil edir.

01 oktyabr 2022-ci il vəziyyətinə əkin altında olan sahələrdən 13436,1 ton dənli və dənli paxlalılar, o cümlədən 8680,6 ton buğda, 4554,5 ton arpa, 200,0 ton noxud, 1,0 ton vələmir, həmçinin 564 ton kartof, 1005,3 ton tərəvəz, 19,2 ton bostan məhsulları istehsal olunmuşdur.  

       01 oktyabr 2022-ci il vəziyyətinə 4957 kq, keçən ilin müvafiq dövründə 5607 kq barama istehsal olunmuşdur. Rayon üzrə barama istehsalı əvvəlki illə müqayisədə 11,6 faiz və ya 650 kq azalmışdır.          

         01 oktyabr 2022-ci il tarixinə heyvandarlıq sahəsində bütün təsərrüfat kateqoriyalarında 10960 baş iri buynuzlu mal-qara, o cümlədən 4312 baş inək və camış, 99079 baş qoyun və keçi mövcud olmuşdur.

         01 oktyabr 2022-ci il tarixinə mövcud olan mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qara 43 baş, inək və camışların sayı 6 baş, qoyun və keçilərin sayı isə 1373 baş azalmışdır.

         Hesabat dövründə rayon üzrə ət istehsalı 1667,0 ton (dirı çəkidə), süd istehsalı 7023,0 ton, yumurta istehsalı 4275,0 min ədəd, yun istehsalı isə 172,0 ton olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 41,0 ton, yun istehsalı 4,0 ton, süd istehsalı 164,0 ton, yumurta istehsalı 125,0 min ədəd artmışdır.

Nəqliyyat və anbar təsərrüfatı. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 389,2 min manat sərnişin, 257,7 min manat yük, 27,2 min manat dəyərində isə poçt daşınmaları olmuşdur. Nəqliyyat və anbar təsərrüfatı sahəsində 674,1 min manatlıq sərnişin, yuk və poçt daşınması olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 356,0 min manat və ya 2,1 dəfə cox olmuşdur.

informasiya və rabitə. Rayon üzrə 2022-ci ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sahəsində görülən işlərin dəyəri 174,5 min manat olmuşdur. əvvəlki ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə sahəsində görülən işlərin dəyəri 38,4 min manat və ya 28,2 faiz cox olmuşdur.

 Sahib Süleymanov

Cəbrayıl Rayon Statistika idarəsinin rəisi

ŞƏRHLƏR