Astara bələdiyyəsinin sədri Aygül Məmmədovanın Belediyye.info verdiyi məlumata görə, 36 min manat büdcəsi olan Astara bələdiyyəsinə məhkəmə icraçıları tərəfindən bütün-bank və poçt hesablarına sərəncam qoyulub. Özü də 82 min manat dəyərində.
Sədrin sözlərinə görə, yalnız əmək haqqlarını götürmək şansımız var:
“Belə olan halda bələdiyyə necə fəaliyyət göstərə bilər? şikayətçilərə necə kömək edə bilər? Abadlıq və s. işləri necə görə bilər. Sabiq sədrin atdığı yalnış addımlara görə niyə biz əziyyət çəkməliyik? Fikrimcə, hər kəs gördüyü əmələ görə özü cavab verməldir.
Hələ məhkəmə sabiq sədr üçün 9 min manat əmək haqqı da hesablayıb ki biz ödəyək.
Belə şəraitdən çıxmaq üçün nə qədər addım atsaq da vəziyyətdən çıxa bilmirik.”
Belediyye.info