"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

36 Saatlı bələdiyyəsi ay ərzində 115 manat gəlir əldə edib?-CiDDi

--2018-10-01 / 00:45

Saatlı rayonunda formalaşan 36 bələdiyyənin 2017-ci ildə əldə etdiyi büdcə gəlirinin həcmi 125.900 manat olub.

Dövlət Statistika Komitəsindən daxil olan məlumatda bildirilir ki, əldə edilən gəlirin 22.6 faizi torpağın və əmlakın icarəyə verilməsindən, 11 faizi isə torpaq və əmlak vergisindən daxil olub.

Lakin məlumatda o da bildirlir ki, 2017-ci ildə Saatlı bələdiyyələrinə 75.900 manat dotasiya ayrılıb ki, bu əldə edilən vəsaitin 60.3 faizi deməkdir.

Belə qənaətə gəlmək olar ki, ay ərzində 36 bələdiyyənin qazancı dotasiyasız 115 manat olub.

Belediyye.infoya daxil olan digər məlumata görə, 36 Saatlı bələdiyyəsinin DSMF-yə 70.475 manatda borcu vardır.

Belediyye.info

ŞƏRHLƏR