sorğu
ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzindən Belediyye.info saytına daxil olan məlumata görə, 2015-ci ilin 6 ayı ərzində bələdiyyələr tərəfindən 29,1573 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 341,41 ha torpaq sahəsinin icarəyə, 0,5 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qərarlar Mərkəzin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib. Altı ay ərzində ümumilikdə 372 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.
Müvafiq protokollar əsasında 111 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb ediliblər.
Belediyye.info