YERLi VERGiLəRi ÖDəMəKDəN iMTiNA ETDiYiNə GÖRə
***
2017-ci il ərzində 209 nəfər vətəndaş qəbul edilib, müxtəlif ünvanlarda 43 dəfə əhali ilə səyyar görüşlər keçirilib.
əhalidən daxil olan ərizələrin sayı 135, idarə, müəssisələrdən daxil olan məktubların sayı 177, cavablandırılan və göndərilən məktubların sayı 288, arayışların sayı 346 olub.
Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılıb və yaxud aidiyyəti üzrə ünvanlarda, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzuları öz həllini tapmışdır. Bələdiyyələr yerli özünüidarə orqanı olduğu üçün onların büdcəsi, əsasən, əhalidən yığılan yerli vergilər, rüsum və ödənişlərdən formalaşır. Cari ildə yerli (bələdiyyə) vergilərin yığımında keçən illə müqayisədə müəyyən irəliləyişlərə nail olsaq da, yerli ödənişlərin, yəni bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsindən olan ödəniş, eləcə də avtomobil dayanacaqları üçün ödəniş rüsumunun yığımında problemlərimiz qalmaqdadır. Xatırlatmaq istəyirəm ki, hesabat ilində bələdiyyənin ehtiyat torpaq fondunun və perspektiv inkişaf üçün torpaq sahəsinin olmaması səbəbindən, torpaq növbəliliyinə qeydiyyata götürülmüş vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamış və Bakı şəhərində bələdiyyə torpaqlarının hərrac və müsabiqəsi keçirilmədiyi üçün, vətəndaşların qeyri-rəsmi istifadə etdiyi bələdiyyə torpaqlarının sənədləşdirilməsi aparılmamışdır.
Bələdiyyə vəsaiti hesabına əvvəlki illərdə tikilmiş və sakinlərin istirahət guşəsinə çevrilmiş Qaraçuxur qəsəbəsi “Veteranlar xiyabanı” parkında və “Vətən şəhidləri unudulmur” abidə-kompleksində cari təmir işləri aparılıb, oturacaqlar və söhbətgahlar rənglənilib, parka yeni su xətti çəkilib, 250-yə qədər şam və zeytun ağacları tingi, 130 ədəd gül kolu əkilib. “şəhidlər bulağı” kompleksinin qarşısında, eləcə də “Veteranlar xiyabanı parkı”nın məhəlləyə keçid hissəsində su xəttinin təmiri üçün qazılmış piyada yolunun asfalt örtüyü yenilənib. Qəsəbədə bir çox məhəllədaxili yollar qum-çınqıl qatı və ya asfalt yonqarı tökməklə hamarlanmış üç ünvanda - Qaraçuxur qəsəbəsi 1-ci Vağzal küçəsi, Qaraçuxur qəsəbəsi Neftçilər küçəsi, Yeni Günəşli yaylası, döngə - 2 ünvanlarda məhəllədaxili yola asfalt örtüyü salınmışdır”.
Bələdiyyə sədri vurğuladı ki, Rayon icra Hakimiyyətinin tövsiyəsi və yaxından köməkliyi ilə “Bir Bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində Qaraçuxur qəsəbəsinin ə.Mehbalıyev və E.Bəkirli küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin, fərdi yaşayış evlərinin fasadlarının, hasarlarının, onların ətraf ərazilərinin müasir üslubda əsaslı təmir edilməsi, abadlaşdırılması və yaşıllıqların salınması işləri aparılıb və hal-hazırda həmin işlər davam etdirilir. Onun sözlərinə görə, qəsəbə ərazisinin təmizliyi həmişə diqqət mərkəzində saxlanılıb, sanitar təmizlik və ətraf mühitin mühafizəsi sahəsində əhalinin maarifləndirilməsi işləri aparılıb. N.ismayılov, T.şirinov, V.Quliyev, Q.Vəliyev və Hacınski küçələrində, eləcə də qəsəbənin “şərq” y/s-də 6-cı, 7-ci döngələrində və Mədən küçələrində məişət tullantıları meydançaları ətrafına və yol kənarlarına tökülmüş iriqabaritli tullantıların yığışdırılıb-təmizlənməsi işləri yerinə yetirilib. Eləcə də qəsəbə ərazisində 6 ünvanda yeni məişət tullantıları meydançası tikilib, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin köməkliyi ilə 45 ədəd məişət tullantıları konteynerlərinin təmiri aparılmış və 52 ədəd istifadəyə yararsız konteyner yenisi ilə əvəzlənmişdir.
2017-ci ilin oktyabrın 30-dan noyabrın 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” keçirildiyini söylədi. Qeyd etdi ki,“Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şuarı adı altında həftə ərzində bir sıra tədbirlər həyata keçirilmişdir: “Hamımıza məlumdur ki, yerli problemlərin həlli ilə bağlı həyata keçirilən layihələrin sayı və miqyası bələdiyyənin maliyyə imkanlarından asılıdır. Bu baxımdan, bələdiyyəmizin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədi ilə yerli vergi və ödənişlərin yığılması işini daha səmərəli təşkil etməyə səy göstəririk.
Bələdiyyəmiz 2016-cı ilin oktyabr ayının sonlarından başlayaraq, Milli Assosiasiyanın hazırladığı Yerli (bələdiyyə) vergi və ödənişlərin Avtomatlaşdırılmış Məlumat Sisteminə (BAMS) qoşulmuşdur. Avtomatlaşdırılmış uçot sisteminin tətbiq olunması bələdiyyələrdə geniş məlumat bazasının yaradılmasını təmin etməklə, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, onların tam və vaxtında yerli büdcəyə ödənilməsinə xidmət edir.
Xatırladıram ki, 01 yanvar 2015-ci il tarixdən yerli vergi və ödənişlərin banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsiz ödəmə vasitələri ilə həyata keçirilir. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsinə xidmət edir.
Məlumat üçün onu da qeyd etmək istəyirəm ki, hesabat ilində yerli vergi və ödənişin ödənilməsindən illərlə imtina etmiş 40 nəfər vergi ödəyicisi barədə məcburiyyət qarşısında qalıb, inzibati akt tərtib edərək sənədlərini məcburi icraya yönəltməli olmuşuq.
“inzibati icraat haqqında” Qanunun 82.1 və 82.2 maddələri əsasında inzibati akt tərtib olunaraq məcburi qaydada Azərbaycan Respublikasının “icra haqqında” Qanununa əsasən, icra məmuru tərəfindən icra olunmuşdur.
Qaraçuxur bələdiyyəsi ərazidə olan yerli problemlərin həllində qəsəbəmizdə fəaliyyət göstərən idarə və təşkilatların, xidmət sahələrinin işinin təşkilində yaxından köməklik göstərəcək, yerli icra orqanları ilə birlikdə qarşıda duran məsələlərin həll olunmasına, Ulu Öndər Heydər əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab ilham əliyev bütün layihələrinin layiqincə yerinə yetirilməsində yardımçı olacağıq.
ixtiyar Nəcəfov
Suraxanı rayon Qaraçuxur bələdiyyəsinin sədri