Birinci Qarabağ müharibəsində torpaqlarının təxminən 20 faizini itirmiş Azərbaycan 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəs razılaşmasından sonra 25 ilə yaxın müddət ərzində Ermənistan Respublikası ilə uzunmüddətli sülh danışıqlar apardı. Lakin bu danışıqlar 2018-ci ildə Ermənistanda çevriliş yolu ilə hakimiyyətə gəlmiş Baş Nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi çıxışları və digər təxribatçı fəaliyyətlər nəticəsində pozuldu. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti ilham əliyev BMT Baş Assambleyasının video formatda keçirilən 75-ci sessiyasında çıxış edərkən 2020-ci ilin iyulundan sentyabrınadək Ermənistana hərbi yük təyyarələri ilə min tondan artıq hərbi avadanlığın daşındığını bəyan etdi. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaydı. Həmin gün 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində Azərbaycan ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücuma keçməsindən sonra, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan ilham əliyev Ermənistana qarşı sülhə məcburetmə əməliyyatına başlamaq haqqında qərar verdi.
əməliyyatların gedişində Azərbaycan az itki verməklə böyük nailiyyətlər qazandı. Döyüşlərin ilk günündə bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də iranla sərhəddə yerləşən əraziləri tamamilə işğaldan azad etdi. Azərbaycan Respublikası silahlı qüvvələrinin artilleriya, minaatan və idarə olunan raketlərlə Ermənistan ordusuna endirdiyi zərbələr nəticəsində düşmən ordusunda kütləvi fərarilik halları və ruh düşkünlüyü yarandı. Hərbi əməliyyatların sonrakı gedişatında 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda şuşa şəhəri işğaldan azad olundu. Ümumiyyətlə 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüş əməliyyatları zamanı Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və şuşa şəhərini, Xocavənd, Ağdərə və Xocalı rayonlarını isə qismən azad etdi. Azərbaycanın möhtəşəm qələbəsi sayəsində Ermənistan sonda məğlubiyyəti qəbul etməli oldu və işğal etdiyi ərazilərdən geri çəkildi və noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Ermənistanın kapitulyasiyasına bərabər atəşkəs sazişi imzalandı və bununla da Azərbaycan böyük qələbə qazanaraq Ermənistanın 30 illik işğalına son qoydu və Azərbaycan ərazilərini azad etdi. Həmçinin atəşkəs razılaşmasına uyğun olaraq, Ermənistan silahlı qüvvələri Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz tərk etməli oldu.
Qələbənin əldə edilməsində Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin uzaqgörən siyasəti, ordunun hərbi qüdrətinin artması və xalqın böyük əzmi həlledici rol oynadı.
“Biz düşməni torpağımızdan qovduq və yeni reallıq yaratdıq. Bu reallığı hamı etiraf etməlidir”, deyə Azərbaycan prezidenti ilham əliyev dekabrın 1-də xalqa müraciətində bildirdi. Bu yeni reallıq Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etməsini və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını şərtləndirir.
Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşması Dağlıq Qarabağ bölgəsinin tarixi, ikinci ən böyük şəhəri olan şuşanın Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilməsindən az sonraya təsadüf etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın məğlubiyyətlə barışmaqdan başqa çıxış yolu yox idi. Beləliklə, Ermənistan hökuməti ağır məğlubiyyətini etiraf etdi və münaqişəyə rəsmən son qoyuldu.
imzalanan razılaşmanın şərtlərinə görə, hər iki tərəf hərbi əməliyyatları dayandırmalı, əsirlər “hamıya hamı” prinsipi ilə dəyişdirilməli və iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Rusiya sülhməramlıları ermənilərin yaşadığı ərazilərdə atəşkəsə və əsirlərin mübadiləsinə nəzarət etməlidir. Ermənistan Azərbaycanın işğal olunmuş 5 rayonundan dərhal geri çəkilməyə razılıq verdi və Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Həmçinin Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya xətti təmin etməlidir. Bu dəhliz vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə məhdudiyyətsiz hərəkətinə imkan verəcək. Bu o deməkdir ki, Türkiyənin Azərbaycanla birbaşa quru əlaqəsi olacaq və Türkiyə-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsi istiqamətində mühüm addım sayıla bilər.
Bölgədə baş verən son hadisələri nəzərə alsaq, Azərbaycanın qalib gəlməsində “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı və birliyi də mühüm rol oynadı və Türkiyə Azərbaycanın yeganə real dəstəkçisi olmaqda davam edir. Türkiyə Azərbaycanı strateji və müasir silahlarla təchiz etməklə yanaşı, Azərbaycanın özünə inamına və döyüş qüdrətinə mühüm töhfə verdi.
Razılaşmanın şərtləri regionda yeni imkanlar yaradır. Rusiya ilə Türkiyə arasında koordinasiya və əməkdaşlıq böhranı nəzarətdə saxlamağa imkan verəcək. Ümumilikdə atəşkəs haqqında saziş Dağlıq Qarabağ probleminin ədalətli və hər iki ölkə xalqının mənafeyinə uyğun olaraq uzunmüddətli və hərtərəfli həlli üçün zəruri şərtlər təmin edir. Bundan sonra Azərbaycan hökuməti işğaldan azad edilmiş rayonlarda normallaşma prosesinə başlayacaq və məcburi köçkünlərin doğma yurd-yuvalarına geri qayıtmasını sistemli şəkildə təmin edəcək.
Ermənistan bundan sonra Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları ilə hesablaşmalı olacaq. Bu kontekstdə Ermənistanla onun iki qonşusu Türkiyə və Azərbaycan arasında normallaşma və yaxınlaşma başlaya bilər. Ermənistan bu tarixi fürsəti əldən verməməlidir.
“Müharibənin ilk saatlarından biz Türkiyənin dəstəyini hiss etdik”, - deyə Azərbaycan Prezidenti ilham əliyev bəyan edib. “Bu, bizim birliyimizin, qardaşlığımızın nümunəsidir”.
Qələbə Azərbaycana hərbiçilərin, onlarla mülki azərbaycanlının həyatına və silah-sursata xərclənən milyardlarla dollara başa gəldi. Lakin Azərbaycan Dağlıq Qarabağın strateji ərazilərini, o cümlədən əvvəllər etnik azərbaycanlıların məskunlaşdığı, lakin sonradan erməni vandalları tərəfindən viran və talan olunmuş, mina sahələrinə çevrilmiş şəhər və kəndləri geri almağa müvəffəq oldu. Azərbaycanın qısa müddətdə qazandığı möhtəşəm qələbələri “texnoloji qələbə” adlandıranlara da haqq qazandırmamaq olmaz. Analitiklərin fikrincə, Azərbaycan Yaxın şərqdə sınaqdan keçirilmiş “ağıllı” və bahalı silahlardan və yeni döyüş taktikalarından istifadə etdiyi halda, Ermənistan Rusiya istehsalı olan köhnə silahlara və 1990-cı illərdə mənimsədikləri köhnəlmiş strategiyalara arxalandı.
Erməni silahlı birləşmələri böyük qruplar və ya yük maşınları ilə hərəkət edirdilər, onların səngərləri geniş olsa da, dərin deyildi, artilleriya qurğuları açıqda qaldığından, Azərbaycan Respublikasının hərbi hava qüvvələrinin hava hücumları üçün asan hədəfə çevrilirdilər. Ermənilərin silahları olduqca köhnə idi, qırıcı təyyarələri bir dəfə də uçmamışdı və Rusiya istehsalı olan Osa və Strela zenit-raket kompleksləri döyüş meydanında Azərbaycanın ən ölümcül silahı olan pilotsuz uçuş aparatları (PUA) və kamikadze dronları qarşısında aciz idi.
Uzun müddət Ermənistanın işğalı altında olmuş Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərində 30 illik qeyri-müəyyənlikdən sonra Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbələr regionda yeni reallıqlar yaratdı. Birinci Qarabağ savaşı zamanı ölkənin digər bölgələrinə qaçmağa məcbur olmuş 1 milyona yaxın Azərbaycanlı işğaldan azad edilmiş Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, şuşada və digər ərazilərimizdə infrastruktur yenidən qurulduqdan və bərpa edildikdən sonra əbədi yaşamaq üçün öz doğma torpaqlarına qayıdacaqlar.
Atəşkəs sazişində Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı maddə olmadığından, Xankəndində, Xocavənddə, Xocalıda, Ağdərədə məskunlaşmış ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Prezident ilham əliyev dəfələrlə vurğulamışdır ki, bu rayonlarda məskunlaşmış ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra daha yaxşı yaşayacaqlar. Qeyd olunan erməni sakinlərin təhlükəsizliyini müvəqqəti olaraq Rusiya sülhməramlıları təmin edir və atəşkəs rejiminin icrasına Ağdam rayonundakı Türkiyə-Rusiya birgə monitorinq mərkəzi tərəfindən nəzarət olunur.
Yeni regional reallıqlar arasında Naxçıvanı Qərbi Azərbaycan vilayətləri ilə birləşdirən dəhliz də vardır ki, bu dəhliz Prezident ilham əliyevin atəşkəs sazişi üzrə danışıqlarda irəli sürdüyü xüsusi şərtlərdən biridir. Sovet dövründə Naxçıvanla Azərbaycan arasında dəmir yolu və avtomobil yolları mövcud idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində kəsilmiş bu əlaqə bərpa olunacaq.
Sözügedən dəhlizin açılması Türkiyə ilə Azərbaycan arasında quru əlaqələrinin yaradılmasına imkan verəcək. Prezident ilham əliyevin bildirdiyi kimi, Ermənistan da əgər istəsə, iran, Rusiya və Türkiyə ilə birlikdə bu dəhlizdən istifadə edə biləcək. Azərbaycan Prezidenti ilham əliyevin dekabrın 1-də xalqa müraciətində Qarabağda erməni işğalından azad edilmiş Azərbaycan ərazilərindən danışarkən qeyd etdiyi kimi, “hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, yaşayış və inzibati binalar sökülüb”. Ermənistanın sabiq baş prokuroru və Ermənistanın Avropa insan Haqları Məhkəməsindəki sabiq nümayəndəsi Gevork Kostanyanın fikrincə, Azərbaycan hazırda 50 milyard dollara çata biləcək həmin maddi ziyana görə Ermənistana qarşı təzminat tələbi hazırlayır.
Birinci Qarabağ müharibəsi (1988-1994) zamanı işğal olunmazdan əvvəl 700 mindən çox azərbaycanlının yaşadığı keçmiş Dağlıq Qarabağ bölgəsinin ətrafındakı 7 rayon Ermənistanın nəzarəti altında olduğu dövrdə tamamilə dağıdılmış və yerlə-yeksan edilmişdir. Son otuz ildə bu ərazilərdə yaşayış və inzibati binalarla yanaşı, rəsmi mənbələrə görə, 700-ə yaxın tarixi və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, 100000-dən çox maddi-mədəniyyət nümunəsinin olduğu 22 muzey, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert zalına zərər dəymiş və ya dağıdılmışdır.
Regionun yenidən qurulması uzun müddət və böyük maliyyə vəsaitləri tələb edən prosesdir. Bəzi ekspertlərin fikrincə, bu, 5-10 il çəkə və 10 milyard dollardan çox vəsait tələb edə bilər.
Buna baxmayaraq Azərbaycan yaxın keçmişdə ölkəmizin ən abad guşələrindən biri olmuş işğaldan azad edilmiş torpaqlarda həyatı yenidən bərpa etməkdə israrlıdır. Prezident cənab ilham əliyevin bəyan etdiyi kimi, “bu regionlar, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız üçün normal həyat şəraiti yaratmaq üçün bütün addımlar atılacaqdır. indi bərpa dövrü başlayır. Genişmiqyaslı quruculuq işləri aparılacaq. əlbəttə ki, Azərbaycan şirkətləri ilk növbədə bu işlərdə iştirak edəcəklər. Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Daha doğrusu, artıq dəvət etmişik.”, - deyə prezident əliyev Bakıda italiya parlamentinin nümayəndə heyəti ilə görüşündə bildirmişdir.
Azərbaycan artıq türk şirkətləri ilə ilk müqavilələr imzalayıb. Prezident əliyevin də qeyd etdiyi kimi, “Bu təbiidir, çünki Türkiyə bizim üçün qardaş ölkədir”. Quruculuq işlərində Avropa ölkələrinin də iştirakı istisna edilmir. Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms şarpın 2020-ci ilin dekabrın 1-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü ilə əlaqədar özünün Tvitter hesabında yazdığı kimi, “işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər”in tikintisi” müzakirə edilmişdir.
“Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir.” Bu sözləri isə Azərbaycan Respublikasının Prezidenti ilham əliyev 2021-ci ilin fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton ilə görüşdə səsləndirmişdir. Bundan əlavə qeyd olunmuşdur ki, “Britaniya şirkətləri ilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində yenidənqurma işlərinə dair müzakirələr də aparılır və bu istiqamətdə əməkdaşlıq üçün böyük potensial var. Buraya işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsi də aiddir: “Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm. Çox yaxşı günəş, külək, su potensialı var. Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləri “yaşıl zona” ərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş və sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən də bunun üçün potensial həqiqətən də çox yüksəkdir. Sözsüz ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir”.
Analoji əməkdaşlıq perspektivlərinə Xorvatiya, italiya, Macarıstan kimi digər Avropa ölkələri də cəlb olunmaqdadırlar.
Azərbaycan cəmi 8 ay ərzində Fizuli Beynəlxalq Hava Limanını inşa edərək istismara vermişdir. Həmçinin işğaldan azad olunmuş əraziləri birləşdirən avtomobil və dəmir yollarının tikintisinə start verilmiş və işlər sürətlə yekunlaşmağa doğru gedir. 2021-ci ilin 26 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti ilham əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib ərdoğan Zəngəzur dəhlizinin, yəni Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoymuşlar. Azərbaycan Naxçıvana magistral və dəmir yolu xətti çəkməyi planlaşdırır ki, bu da ölkəni əsas strateji müttəfiqi Türkiyə ilə birləşdirəcək. işğaldan azad olunmuş ərazilərdə hazırda “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsi bölgə üçün analoqu olmayan yeni imkanlar və perspektivlər vəd edir. Bütün bunlar, həm Azərbaycan, həm də ümumilikdə region ölkələri üçün yeni inkişaf trendi deməkdir.
Azərbaycanın müharibədən sonrakı planlarında Ermənistanın nəzarəti altında dağıdılmış və təhqir olunmuş mədəniyyət və dini abidələrin bərpasına xüsusi önəm verilir. Qarabağ bölgəsində son üç onillikdə donuzxanaya çevrilmiş tarixi məscidlərin görüntüləri Azərbaycan xalqını hiddətləndirdi. Fransa, ABş və Rusiyadan olan beynəlxalq vasitəçilər də əvvəllər həmin bölgələrdə faktaraşdırıcı missiyalar həyata keçirmiş, lakin heç vaxt həmin dini abidələrin vəziyyəti ilə bağlı məsələ qaldırmamışdılar.
Azərbaycan çoxkonfessiyalı ölkə olaraq işğaldan azad edilmiş ərazilərdə təkcə müsəlman abidələrini deyil, xristianlıq və digər dinlərə aid abidələri də bərpa etməyi planlaşdırır. Azərbaycan YUNESKO və digər beynəlxalq təşkilatları Ermənistanın işğaldan azad edilmiş ərazilərə vurduğu maddi ziyanı qiymətləndirməyə və mədəni irsin bərpasında iştirak etməyə dəvət edir. Bu Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinin regionda xristian irsinə təhlükə yaradacağına dair dezinformasiya kampaniyaları fonunda baş verir.
Prezident cənab ilham əliyevin də bəyan etdiyi kimi, “Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir” və qısa müddətdə irimiqyaslı quruculuq işləri həyata keçirməklə təkcə ölkənin deyil, həm də bütövlükdə regionun inkişafına mühüm töhfə verə bilər.
Sonda bir daha qeyd etməliyik ki, bu qələbənin əldə olunmasında hər birimiz canını fəda edən və igidlik göstərən şəhidlərimizə və qazilərimizə borcluyuq. Onların bu şücaəti gələcək nəsillərə ötürülməklə tarix boyu yaddaşımızda silinməz olaraq qalacaqdır. O, cümlədən qəhrəman şəhidlərimizdən olan ədliyyənin qururu şəhid Ruhin Xəlilov da, vətən sevgisini öz həyatından, arzularından və ailəsindən üstün tutduğu üçün onunla və bütün şəhidlərimizlə bu gün hər bir vətəndaşımız, eləcə də ədliyyə əməkdaşları fəxr və qürur duyur. Bizim üzərimizə düşən ən böyük vəzifə şəhidlərimizin şərəfli adını qorumaq və yaşatmaqdır. Bu istiqamətdə ölkə Prezidentinin rəhbərliyi altında görülən mühüm işləri dəstəkləməklə yanaşı, ədliyyə nazirliyi tərəfindən də müvafiq işlər görülür və bundan sonrada davam etdiriləcəkdir. Bununla bağlı biz həm öz xidməti vəzifəmizdə, həm də şəxsi həyatımızda bu məsələlərə səlahiyyətimiz və imkanlarımız çərçivəsində daim diqqətlə yanaşacağıq.
Zəfər günümüz mübarək!
isgəndər Orucov
ədliyyə nazirliyinin imişili regional ədliyyə idarəsinin rəis müavini