"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

53 Bakı bələdiyyəsinə 400 manatlıq maliyyə yardımı

--2018-04-09 / 06:07

Bakı bələdiyyələrinin ötən ildəki qazancları 9.728.800 manata bərabər olub. Bu rəqəm 2016-cı ildəkindən 9.5 faiz artıq deməkdir. Bu vəsaitin on faizi dövlət tərəfindən ayrılan dotasiya təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bələdiyyələrin əldə etdiklərin vəsaitin 50 faizi əmlak vergisinin, 12 faizi sanatoriya-kurort, mehmanxana və turzim xidmətlərindən daxil olan ödənişlərin payına düşür.

il ərzində Bakıda formalaşan 53 bələdiyyəyə cəmi 400 manat fiziki şəxslər tərəfindən maliyyə yardımı göstərilib.

Bələdiyyə büdcəsinə avtodayanacaqlardan 110.400 manat, bələdiyyə əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən 579.000 manat, açıq məkanda reklamlarından 6.900 manat və 3.400 manat mədən vergisindən daxil olub. Digər istiqamətlərdən bələdiyyə büdcəsinə 535.900 manat vəsait daxil olub.

Beləliklə, 2016-cı illə müqayisədə Bakı bələdiyyələrinin ən çox artım mədən vergisində (89 faiz), sanatoriya-kurort, mehmanaxa və turzim xidmətlərindən daxil olan ödənişlərdə  (39 faiz), açıq məkanda reklamlarında (21 faiz) olub.

Belediyye.info

ŞƏRHLƏR