Bakı şəhərinin və Abşeron rayonunun ayrı-ayrı ünvanlarında yerləşən çoxmənzilli binalarda yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) sayı artır.
iqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, artıq 53 MMMC ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, iqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin, formalaşmaqda olan yeni münasibətlərin, habelə mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.
Çoxmənzilli binalarda MMMC-lərin yaradılmasının dəstəklənməsi istiqamətində işlər davam etdirilir.