“Hazırda 1984 inzibati ərazi vahidliyinin 1340- da sərhəd müəyyən edilməsi başa çatıb”- bu fkirləri Milli Məclisin Regional məsələlər Komitəsinin dünən keçirilən iclasında komitə sədri Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, 362 ərazi vahidliyi işğal altında olduğundan sərhədlərin müəyyən etmək mümkün olmamışdır.
Bununla yanaşı 59 inzibati -ərazi vahidliyində torpaq mübahisələri mövcud olduğundan müvafiq qurumlar bununla bağlı araşdırmalar aparırlar.
Son illər əmlak məsələləri üzrə Dövlət Komitəsinin bu istiqmətdə atdığı addımları müsbət dəyərləndirən komitə sədri bu proseslərə komitə üzvlərinin də yaxından iştirak etdiyini və yaradılan işçi qruplarından çoxsaylı təklif və tövsiyyələrində daxil olduğunu bildirib.
Hazırda 1417 bələdiyyənin torpaq fondunun müəyyən edilməsi prosesi gedir. Bu fikir də komitənin iclasında səsləndirilib. iclasda bu prosesin 189 bələdiyyədə tam başa çatdığı qeyd edilib.
Belediyye.info