sorğu
ismayıllı rayon Lahıc bələdiyyəsinin sədri Rövşən əliyevin Belediyye.infoya verdiyi məlumata görə, Lahıc qəsəbə orta məktəbinin məzunu Cəbrayılov Vahab Fuad oğlu qəbul imtahanından 700 bal toplayıb.
Babası adını daşıyan V.Cəbrayılovun babası Vahab kişi uzun illər qəsəbə orta məktəbində kimya müəllim və məktəb direktoru işləyib.
R.əliyev Belediyye.info vasitəsiylə Vahabı, ailəsini və müəllimlərini səmimi qəlbdən təbrik edib, o cümlədən inandığını bildirib ki, babası kimi o da vətəninə və qəsəbəsinə layiqli övlad olacaqdır.
P.S. Belediyye.info olaraq biz də bu təbriklərə qoşuluruq.
Belediyye.info