Ağsu rayon Cəlayir bələdiyyəsinin sədri Oktay Nəzərovun Belediyye.infoya verdiyi məlumata görə, Ekoloğiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylI şamaxı Regional Mərkəzinin əməkdaşları Cəlayir bələdiyyəsinə qarşı 8500 manat həcmində cərimə tətbiq edib. Səbəb kəndin ətrafında zibil tullatılarının daşımaması, qalaqlanması və ekolji duruma ciddi təhlükə yaratması olub.
Sədrin sözlərinə görə, üç ay əvvəl baş vermiş bu hadisədən sonra tətbiq edilən cərimənin ləğv edilməsiylə bağlı məhkəməyə müraciət edilib.
Cərimə protokolunun tərtibində yol verilmiş qüsurları nazirliyin əməkdaşları da məhkəmə prosesində etriaf etdiklərindən, sonra onun icarsı dayandırlıb.
Sədrin sözlərinə görə, il ərzində 7 min manat büdcəsi olan bələdiyyəyə qarşı 8500 manat cərimənin tətbiq edilməsi görünməmiş hadisədir. Protokolun tətbiqində hec bir hüquqi normalara uyğun olmayan məqamların salınması və nəticədə bu qədər məbləğdə cərimə tətbiq edilməsi məntiqə sığan deyildi.
Hər zaman bələdiyyə inzibati ərazi çərçivəsində təmizliyin qoruması və zibil tullantılarının vaxtında daşınması üçün addımlar atır.
Sədrin fikrincə, məhkəmə çəkişməsindən sonra nazirliyin müvafiq şöbəsi cərimənin tətbiqini dayandırıb.
Belediyye.info
30.08.2016