71saylı Masallı Dairə Seçki Komissiyasından Milli Məclis üzvlüyünə namizəd Firdövsi Cəbrayılov Masallı rayonunun Hişkədərə kəndinin seçiciləriylə görüşüb. Görüşdə Masallının tanınmış ziyalıları, mədənyyət və incəsənət xadimləri iştirak ediblər.
Hişkədərə kəndində keçirilən görüş yüksək coşqu ilə keçmiş və görüşdə Firdövsi Cəbrayılov öz platformasının bir çox məqamlarını açıqlasmışdır.
Deputatlığa namizəd ölkəmizin son illərdəki əldə etdiyi uğurlarından danışmış, dövlət başçısı ilham əliyevin apardığı uğurlu siyasət barədə görüş iştirakçılarına məlumat vermişdir. Milli Məclis üzvlyünə namizəd F.Cəbrayılovun çıxışı alqışlarla qarşılanmışdır.
Səmimi keçən görüşdə seçicilər ölkəmizdəki sabitlik və inkişafdan danışmış, dövlətin onlara göstərdiyi diqqət və qayğının yüksək olduğunu qeyd etmişlər. Sonda mədəniyyət və incəsənt xadimlərinin iştirakıyla konsert təşkil edilmişdir.
F.Cəbrayılov görüşlərini davam etdirir.