sorğu
“Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, səmərəli inzibati nəzarətin və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılaraq 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb.”-bu fikirlər ədliyyə Nazirliyinin bu gün keçirilən kollegiya iclasında səsləndirilib.
Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Belediyye.info