"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abadlıq-quruculuq işlərində Goradil bələdiyyəsinin kollektivi də fəal iştirak edirlər

--2023-03-06 / 06:32

Abşeron Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramının ilk çərşənbəsindən başlanan iməclik tədbirləri bayramın son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdirilir. Abadlıq-təmizlik və ağacəkmə işlərində rayonun kənd-qəsəbə bələdiyyələri və inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak edir. Bu tədbirlərdə Goradil bələdiyyəsinin kollektivi də fəallığı ilə seçilir.

Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Tədbirlər çərçivəsində Görədil kəndində Ağəli Məşədioğlu küçəsində 1250 kv.m və Yeni Yaşayış Massivindəki küçələrə 1220 kv.m. asfalt örtüyü çəkilmiş, küçə işıqlandırılması istiqamətində kabellər çəkilərək işıq dirəkləri bərkidilmişdir.

Məlumatda bildirilir ki, asfaltın çəkilişində yerli sakinlərin maddi və mənəvi dəstəyi olmuşdur.

Goradil bələdiyyəsi bundan sonrada qəsəbənin abadıq qurucluq işlərndə aktiv iştiak etmək niyyətindədir.

Belediyye.info

ŞƏRHLƏR