"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abşeron bələdiyyələri ay ərzində 30 min manatı necə qazanıb?

--2016-07-24 / 20:51

Abşeron bələdiyyələrinin 2015-ci ildə 5.289.200  manat ümumi büdcə daxilolmaları olub.

Bu məlumat Belediyye.infoya Dövlət Statistika Komitəsindən daxil olub.

Məlumata görə, bu vəsaitin 224 min manatı torpaq vergisindən, 204 min manatı əmlak vergisindən, 300 manatı küçə divar reklamlarının yerləşdirilməsindən, 11.800 manatı bələdiyyə müəssiəslərinin mənfəət vergisindən, 3.419 min manatı bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən, 90.500 manatı icarə haqqlarından daxil olub.

Abşeron bələdiyyələrinə maliyyə yardımlarının həcmi də digər  bələdiyyələrdən fərqlənib. Belə ki, il ərizndə bələdiyyələrə fiziki şəxslərdən 1.033.800 manat maliyyə yardımları edilib. Hüquqi şəxslərdən daxil olan vəsaitin həcmi 42 manata bərabər olub.

Abşeron bələdiyyyələri qazandıqların vəsaitin yalnız 26,3 faizini özlərinə xərcləyiblər.  Bununla bərabər mənzil kommunal təsərrüafatı xərcləri ümumi büdcədaxilomalarının 44,2 faizi, avtomobil yollarının çəkilişinə və nəqilyyat xərclərinə 26,1 faiz xərc çəklib.

Qeyd edək ki, Aberon rayonunda 15 bələdiyyə formalaşdırılıb.

Beləliklə ortalama rəqəmlə götürsək, Abşeron bələdiyyələri ay zərində 30 min manat qazanıblar.

2015 ci il ərzində 15 bələdiyyəyə dövlət tərəfindən 204 min manat dotasiya ayrılıb.

Belediyye.info

ŞƏRHLƏR