"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abşeron bələdiyyələri haqqında nəyi bilirik?

--2017-04-14 / 20:44

1999-cu ildə ilk bələdiyyə seçkilərində Abşeron rayonunda 15 bələdiyyə formalaşdırlıb.

Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə maddi yardım verilməsi sahəsində mühüm işlər görüblər.

Xırdalan bələdiyyəsi:

1999 –cu ildə formalaşdırılan  Xırdalan bələdiyyəsi ilk seçkilərdə  11 nəfər bələdiyyə üzvü seçilmişdi. Xırdalan şəhərində əhalinin sayının artması ilə əlaqədar 2014-cü il bələdiyyə seçkilərində Xırdalan bələdiyyəsinə 19 üzv seçilibr.

Xırdalan bələdiyyəsi şəhərdaxili yolların abadlaşdırılmasında, Mədəniyyət və istirahət parkının yenidən qurulmasında, gənclər evinin tikilib istifadəyə verilməsində, su-kanalizasiya, qaz xəttlərinin çəkilməsində, elektrik transformatorlarının qoyulmasında, yaşayış binalarının həyətlərində kölgəliklərin, avtomobil yollarının kənarında dayanacaqların quraşdırılmasında çox işlər görmüşdür. Gələcəkdə də ərazidə bələdiyyə tərəfindən bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi

Tel: (012) 342-70-00

Sədr: əhmədov Eldar Hüseyn oğlu

Saray bələdiyyəsi:

 Saray bələdiyyəsində  2014-cü il bələdiyyə seçkilərində 13 nəfər bələdiyyə üzvü seçilib.

Hazırda Saray bələdiyyəsində 23 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Saray bələdiyyəsi qəsəbə daxili yolların abadlaşdırılması, su-kanalizasiya və qaz xəttlərinin çəkilməsi və təmiri sahəsində, təhsil, səhiyyə müəssisələrinin əsaslı təmirində çox işlər görmüşdür. Xüsusilə 85 çarpayılıq Saray qəsəbə xəstəxanasının yenidən qurulub sakinlərin istifadəsinə verilməsndə müstəsna xidmət göstərmişdir.

Ünvan: Saray qəsəbəsi. V.Axundov küçəsi 27

Tel: (012) 344-11-44

Sədr: Tahirov Natiq Lətif oğlu

Mehdiabad bələdiyyəsi:

Mehdiabad bələdiyyəsi 1999-cu ildə yerli özünüidarəetmə orqanlarına ilk seçkilər keçirilərkən yaradılıb. Hazırda bələdiyyədə 13 nəfər üzv, 9 nəfər isə bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Bələdiyyə yarandığı gündən ərazidə bir çox quruculuq abadlıq işləri həyata keçirilmiş, daxili yollar asfaltlanmış, yeni yaşayış massivlərinə qaz, su, elektrik xəttlərinin çəkilməsində imkanı daxilində köməklik göstərmişdir.

 

ərazidə yaşıllıqların artırılması üçün müəyyən işlər görmüşdür. Daim aztəminatlı ailələrə qayğı göstərmiş, bayramlarda onlara sovqat çatdırılmasını təmin etmişdir. Qəsəbədə 2 mərtəbəli yaraşıqlı, müasir avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisəsi tikilərək sakinlərin istifadəsinə verilmişdir.

Ünvan: Mehdiabad qəsəbəsi, «20 Yavnvar» küçəsi 18

Tel: (012) 343-15-55

Sədr: Nuriyev əbülfət Cəfər oğlu

Qobu bələdiyyəsi:

Qobu bələdiyyəsi 1999-cu ilin dekabr ayında yaradılmışdır. 2014-cü il bələdiyyə  seçkilərində 11 nəfər bələdiyyə üzvü seçilmişdir. Hazırda 10 nəfər bələdiyyə qulluqçusu çalışır.

Daxili küçələri abadlaşdırılmış, 1936-cı ildən fəaliyyət göstərən və üçülüb dağılaraq yararsız hala düşən 35 çarpayılıq Qobu qəsəbə sahə xəstəxanasını sökərək yerində müasir tələblərə cavab verən səhiyyə müəssisəsi inşa etmiş, dörd qrupluq uşaq bağçası tikilmişdir. Hazırda qəsəbədə bələdiyyə tərəfindən mədəniyyət evinin inşası davam etdirilir.

Ünvanı: Qobu qəsəbəsi, S.Vurğun küçəsi

Tel: (012) 345-71-00

Sədr: əlihəsənov Xanağa əzizağa oğlu

Ceyranbatan bələdiyyəsi:

Ceyranbatan bələdiyyəsi Ceyranbatan qəsəbəsi Abşeron rayonunun son 50 ildə salınmış yaşayış məntəqələrindən biridir. Qəsəbədə 1999-cu ildə bələdiyyələrə seçkilər keçirilmişdir. Hazırda 11 bələdiyyə üzvü və 6 nəfər bələdiyyə qulluqçusu ərazinin sosial problemləri ilə məşğuldur. Bələdiyyə yarandıqdan sonra qəsəbə daxili yollar abadlaşdırılmış, kommunal sahəsində xeyli iş görülmüş, həkim ambulatoriyası, mədəniyyət evi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Qəsəbənin mərkəzindəki «Atatürk» parkı yenidən qurulmuşdur.

Ünvan: Ceyranbatan qəsəbəsi «20 Yanvar» küçəsi 1

Tel: (012) 344-41-42

Sədr: Zeynalov Cavanşir Allahverdi oğlu

Hökməli bələdiyyəsi:

Hökməli bələdiyyəsi 1999-cu ildə keçirilən seçkilərdə formalaşmışdır. Qəsəbənin problemlərinin həlli ilə 11 nəfər bələdiyyə üzvü, 8 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Hökməli bələdiyyəsi yarandıqdan sonra qəsəbənin daxili yolları asfaltlanmış, su, qaz, elektrik xəttlərinin çəkilməsində və təmirində müəyyən işlər görülmüş, uşaq bağçası, orta məktəb binası, klub əsaslı təmir olunmuş, 16 otaqdan ibarət 2 mərtəbəli poliklinika tikilmiş, müasir avadanlıqlarla təchiz edilmişdir. Hazırda Hökməli bələdiyyəsi tərəfindən 4 qrupluq uşaq bağçasının tikintisi üçün hazırlıq işləri görülür.

Ünvan: Hökməli qəsəbəsi

Tel: (012) 342-28-64

Sədr: Miradıyev Mirəziz Mirnemət oğlu

Güzdək bələdiyyəsi:

Güzdək bələdiyyəsi 1999-cu ildə ölkəmizdə yerli özünüidarəetmə qrumuna ilk seçkilər keçirilərkən yaradılmışdır. Yarandığı gündən əhalinin sosial problemlərinin həlli ilə məşğul olmağa başlamışdır. Daxili küçələrin abadlaşdırılması ilə məşğul olmuş, həkim ambulatoriyası inşa etmiş, qəsəbə qəbirstanlığında abadlıq işləri aparmış, divarların sökülmüş hissələrini bərpa etmişdir. Qəsəbədə bələdiyyə tərəfindən dörd qrupluq uşaq bağçası inşa olunaraq istifadəyə verilmişdir.Bayram günlərində aztəminatlı ailələrə ərzaq yardımı göstərmişdir.

Ünvan: Güzdək qəsəbəsi, M.Hüseynzadə küçəsi

Tel: (012) 345-42-04

Sədr: Hacıağayev Həsən Alxas oğlu

Aşağı Güzdək bələdiyyəsi:

Aşağı Güzdək bələdiyyəsi də 1999-cu ildə formalaşmışdır. Yarandığı gündən əhalinin sosial problemlərinin həlli ilə məşğul olmağa başlamışdır. Hazırda 9 bələdiyyə üzvü və 15 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir. Daxili yollar abadlaşdırılmış, qaz, su, elektrik xəttləri dəyişdirilmiş, həkim məntəqəsi, bələdiyyə və icra nümayəndəliyinin yeni inzibati binası tikilmiş, orta məktəbdə əsaslı təmir işləri aparılmış, elektrik dirəkləri dəyişdirilmiş, transformatorlar və su nasosları quraşdırılmış, çoxsaylı ağac və gül kolları əkilmiş, daim imkansız ailələrə yardım edilmişdir.

Ünvan: Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi 1

Tel: (012) 345-01-01

Sədr: şirəliyeva Mahuzər Mərdan qızı

Digah bələdiyyəsi:

Digah bələdiyyəsi 1999-cu ilin dekabr ayında yaradılıb. Daim əhalinin və ərazinin sosial-məişət problemlərini həll etməyə çalışıb, kənd qəbirstanlığında abadlıq, uşaq bağçası və orta məktəbdə əsaslı təmir işləri aparmış, daxili küçələrin abadlaşdırılmasını həyata keçrmişdir. Qəsəbədə dörd qrupluq uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Bələdiyyədə 9 bələdiyyə üzvü, 8 nəfər isə bələdiyyə qulluqçusu fəaliyyət göstərir.

Ünvan Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsi 14

Sədr: ələkbərov Vüqar şücaət oğlu

(012) 340-85-13

 Masazır bələdiyyəsi:

Masazır bələdiyyəsi yarandığı andan ərazinin abadlaşdırılması, daxili küçələrə asfalt və çınqıl döşənməsi, ağac, gül kollarının əkilməsi istiqamətində bir çox işlər görmüşdür. Məktəblərdə və uşaq bağçasında əsaslı təmir işləri aparmış, yeni iki mərtəbəli müasir tələblərə cavab verən poliklinika, bələdiyyə və icra nümayəndəsi üçün inzibati bina inşa edərək sakinlərin istifadəsinə verilmişdir. Mərkəzi ə.Vahid küçəsi tamamilə yenidən qurulmuş, küçə genişləndirilmiş, divarlar bəzəkli çay daşı ilə üzlənmiş, dekorativ ağac və gül kolları əkilmiş, qəzəlxan ə.Vahidin abidəsi qoyulmuşdur. Hazırda 8 qrupluq yeni uşaq bağçasının tikintisi üçün hazırlıq işləri gedir.

Ünvan: Masazır kəndi, ə.Vahid küçəsi

Tel: (012) 347-80-24

Sədr: əliyev Siyanfər Müzəffər oğlu

Novxanı bələdiyyəsi:

Novxanı bələdiyyəsi də 1999-cu ilin dekabr ayında formalaşmışdır. əhalinin sosial problemlərinin həlli ilə 11 nəfər bələdiyyə üzvü, 11 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Bələdiyyə Masazır-Novxanı və Novxanı-Sumqayıt yollarını genişləndirmiş, ağac, bəzək və gül kolları əkmiş, yararsız hala düşmüş uşaq bağçasının yerində dörd qrupluq yeni müasir uşaq bağçası, iki mərtəbəli poliklinika və yaraşıqlı bələdiyyə binası tikərək istifadəyə vermişdir.

Hazırda ikinci uşaq bağçasının tikintisi üçün hazırlıq işləri gedir.

Ünvan: Novxanı kəndi, Ilqar Abdullayev küçəsi 19

Tel: (012) 348-34-48

Sədr: Tağıyev şahin Kamal oğlu

Məmmədli bələdiyyəsi:

Məmmədli bələdiyyəsi 1999-cu ilin ilk bələdiyyə çeçkilərində formalaşmışdır. əhalinin və ərazinin sosial problemləri ilə 11 bələdiyyə üzvü və 16 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Daxili küçələr asfaltlanmış, çınqıl döşənmiş, orta məktəb, bağça, klub təmir olunmuş, yeni həkim ambulatoriyası və 6 qrupluq uşaq bağçası tikilmiş, əhaliyə qaz, elektrik enerjisi və içməli su verilməsində müəyyən işlər görülmüş, aztəminatlı ailələrə ərzaq və maddi yardım verilmişdir.

Ünvan: Məmmədli kəndi, əli Bayramov küçəsi 30

Tel: (012) 340-43-00

Sədr: Məmmədov Xəyaləddin əlibala oğlu

Fatmayı bələdiyyəsi:

Fatmayı bələdiyyəsi də yerli özünüidarəetmə orqanlarına ilk seçkilər zamanı, yəni 1999-cu ildə yaranmışdır. Yarandıqdan sonra ərazidə mədəniyyət evi, uşaq bağçası həkim məntəqəsi inşa etmiş, daxili küçələri abadlaşdırmış, yeni yaşayış assivlərinə qaz, elektrik xəttləri və su çəkilməsində iştirak etmiş, aztəminatlı ailələrə maddi yardımı göstərmişdir.

Ünvan: Fatmayı kəndi

Tel: (012) 340-02-00

Sədr: Begiyev Hikmət əliyulla oğlu

Görədil bələdiyyəsi:

Görədil bələdiyyəsi də 1999-cu ilin dekabr ayında yaradılmışdır. Bələdiyyə formalaşandan sonra özü üçün inzibati bina, orta məktəbin həyətində 12 sinifdən ibarət yeni tədris korpusu tikmiş, məktəb və uşaq bağçasında əsaslı təmir işləri aparmış. Daxili yolları abadlaşdırmış, idman meydançası yaratmış, ağac və bəzək kolları əkmişdir. Gələcəkdə ərazidə bələdiyyə tərəfindən uşaq bağçasının tikintisi nəzərdə tutulur. Görədil bələdiyyəsndə 9 nəfər üzv və 4 nəfər bələdiyyə qulluqçusu fəaliyyət göstərir.

Ünvan: Görədil kəndi, S.Vurğun küçəsi

Tel: (012) 340-61-00

Sədr: Məşədiyev Arif əhmədəli oğlu

Pirəkəşkül bələdiyyəsi:

Pirəkəşkül bələdiyyəsi özündə iki yaşayış məntəqəsini birləşdirir. 1999-cu ildə formalaşmışdır. 9 nəfər bələdiyyə üzvü, 5 nəfər bələdiyyə qulluqçusu vardır. Daxili yollara asfalt və çınqıl döşənmiş, uşaq bağçası, orta məktəb və klubda təmir işləri aparmış, Qobustan kəndində yeni həkim məntəqəsi tikərək sakimnlərin istifadəsinə vermişdir. əhaliyə qaz, elektrik enerjisi və içməli suyun verilməsində müəyyən işlər görmüş, aztəminatlı ailələrə ərzaq və maddi yardım vermişdir.

Ünvan: Pirəkəşkül kəndi, Xoşbəxt Məmmədov küçəsi

Tel: (012) 345-61-66

Sədr: Orucova Qəndaf əli qızı

Mənbə: http://absheron.gov.az/page/23.html#1

ŞƏRHLƏR