"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abşeron bələdiyyələri ötən il iki milyon manatlıq torpaq satıblar

--2018-04-17 / 15:52

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Belediyye.infoya daxil olan məlumatda qeyd edilir ki, 2017-ci ildə Abşeron rayonunda formalaşan 15 bələdiyyə 4.604.100 manat vəsait əldə ediblər. Bu vəsaitin 10.4 faizi əmlak vergisindən, 12.8 faizi torpaq vergisindən, 47.6 faizi bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən və 10.8 faiz bələdiyyə əmlakının icarəyə verilməsindən daxil olub.

il ərzində fiziki və hüquqi şəxslər tərəfindən Abşeron bələdiyyələrinə 235.100 maliyyə yardımı göstərilib. Bu isə ümumi rəqəmin 5.1 faiz təşkil edib.

il ərzində dövlət tərəfindən 424.300 manat dotasiya ayrılıb.

Belediyye.info

ŞƏRHLƏR