Abşeron rayonunda formalaşan 15 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 1.782.800 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində 2.1 faizədək atrım deməkdir.
Qeyd edək ki, 2019-cu ildə Abşeron bələdiyyələrinin büdcə gəliri 1.746.000 manat olmuşdur.
əldə edilən vəsaitin isə 31.7 faizi yəni (565.000 manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.
Onu da əlavə edək ki, 2019-cu illə müqayisədə Abşeron bələdiyyələrində torpaq satışı və icarsənin həcmi 32 faiz azalıb.
Abşeron rayonunda formalaşan 15 bələdiyyə ötən il ərzində 522.100 manatlıq əmlak vergisi, 460.700 manatlıq torpaq vergisi, 22.200 manatlıq mədən vergisi toplaya bilib. Bununla yanaşı 500 manat dayanacaq rüsumu və 1.500 manat isə kurort-sanatoriya rüsumu toplanılıb.
əlavə edək ki, ən çox artım əmlak və torpaq vergisində toplanılmasında olub. əmlak vergisi 36.5 faiz,torpaq vergisində isə 58.4 faiz artım müşahidə olunub.
Qeyd edək ki, il ərzində bələdiyyələrə 60.600 manat dövlət tərəfindən dotasiya ayrılıb.
Ötən il Abşeron bələdiyyələrinə bələdiyyə mülkiyyətində olan müəssiəsələrdən mənfəət vergisi daxil olmayıb.
əlavə edək ki, büdcə gəlirlərində digər istiqamətlərdən 90700 manat vəsait daxil olub.
Belediyye.info