Abşeron rayonunda formalaşan 15 bələdiyyənin büdcə gəlirləri azalıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərinin həcmi 2017-ci ildə 2.859.000 manata qarşı 2018-ci ildə cəmi 1.896.000 manat olub. Bu da cəmi 66.3 faiz az deməkdir.
əldə edilən maliyyə vəsaitinin 330 min manatı torpaq vergisindən, 400 min manatı əmlak vergisindən, 724.900 manatı bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən,117 min mnataı isə icarə haqqlarından yığılıb.
Bununla yanaşı fikziki şəxsləri il ərzində bələdiyyəyə 136 min manat maliyyə yardımı ediblər.
Dövlət tərəfindən isə 15 Abşeron bələdiyyəsinə 75.800 manat dotasiya ayrılıb.
Avtodayanacaqlardan və küçə reklamlarından il ərzində bir manat belə bələdiyyə büdcəsinə vəsait daxil olmayıb.
Beləliklə, rəqəmlərin müqayisəli təhlili gostərir ki, il ərzində bələdiyyə büdcəsinə bir milyon manat az vəsait daxil olub.
Ekspertlərin fikrincə, birdən birə bu qədər azalma bir sıra bələdiyyələrdə baş verən sədr dəyişikliyi və icra-bələdiyyə münasibətlərində “soyuq” davranışların nəticəsində ola bilər.
Hər halda fakt odur ki, kifayət qədər azalma var.
Mövzunu diqqətdə saxlayacağıq.
Belediyye.info