"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abşeron bələdiyyələrinin gəlirləri niyə azalıb?

--2017-04-03 / 07:08

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata  görə,  2016-ci ildə Abşeron bələdiyyələrinin gəlirləri 50 %-dək  azalıb.  Belə ki, ötən il ərzində 15 rayon bələdiyyəsinin gəlirləri 2.514.000 manata bərabər olub.

Ümumi büdcə daxilolmaları azalsa da, rayon bələdiyyələri əmlak və torpaq vergisinin yığım həcmini artıra biliblər. Belə ki,   2015-ci illə müqayisədə 65.4% torpaq vergisi, 69.5%  əmlak vergisini artıq yığıblar.

əldə etdikləri gəlirlərin 1.095.300 manatı bələdiyyə mülkiyyətinin özəlləşdirilməsindən və  icarəyə verilməsindən daxil olub. Bununla yanaşı 15 bələdiyəyə il ərzində hüququ və fiziki şəxslərdən  403 min manat  maliyyə yardımı göstərilib.

il ərzində avtodaynacaqlardan 700 manat,  3 sanatoriya kurort rüsumlarından. Isə 900 manat daxil olub.

Abşeron bələdiyyələri əldə etdikləri maliyyə vəsaitinin 47 faizini özlərinə xərcləyiblər.

Belediyye.info 

ŞƏRHLƏR