Nuriyev əbülfət Cəfər oğlu 16 dekabr 1956-cı ildə Qərbi Azərbaycanın Kafan rayon Kurud kəndində anadan olub.
1968-ci ildə ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu şurut kəndinə köçüb.
1973-cü ildə Culfa rayon Xanağa kənd orta məktəbini bitirib.
1974-cü ildə D.Bünyazadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olub və 1981-ci ildə institutun əmtəəşünaslıq fakultəsini bitirib.
1975-1977-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub.
2002-ci ildə Saratov Dövlət Hüquq Akademiyasının Hüquqşünaslıq fakultəsini bitirib. 1973-cü ildən müxtəlif idarə müəssisələrdə direktor, baş mühasib, əmtəəşünas, mağaza müdiri və sair vəzifələrdə çalışıb.
2009-cu il bələdiyyə seçkilərində iştirak edib və 26 yanvar 2010-cu ildən bu günə kimi Mehdiabad bələdiyyəsi sədr vəzifəsində çalışır.
Ailəlidir, 3 övlad atasıdır.