"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ABşERON RAYONU FATMAYI BəLəDiYYəSiNiN 2021-ci ilin altı ayı ərzində GöRDüYü işLəRə dair HESABATI

--2021-08-06 / 05:19

Bildiyiniz kimi son 18 ildə cənab Prezident ilham əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycanın dünya miqyasında reytinqi getdikcə yüksəlmiş, respublikamız güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü əhəmiyyətli dərəcədə artmışdır. Bütün bunların parlaq nəticəsi özünü 44 günlük müharibədə bir daha göstərdi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək 30 illik işğala son qoydu. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilər ölkənin ümumi iqtisadiyyatına, Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Bu gün ölkə bələdiyyələri də öz işlərində müsbət istiqamətdə uğurlar əldə etmişdir. Yerli vergi və ödənişlərin vaxtlı-vaxtında yığılmasını təmin etmək istiqamətində vergi ödəyiciləri ilə təbliğat işləri, maarifləndirici söhbətlər aparılır. Ötən altı ayda Fatmayı bələdiyyəsi də bu istiqamətdə işlərini davam etdirmişdir. əsas hədəf yerli vergi və ödənişlərin vaxtlı-vaxtında yerli büdcəyə mədaxil edilməsinə hesablanmışdır.
Ötən 6 ayda bələdiyyənin gəlirləri 71267,15 manat, xərcləri isə 71333,08 manat olmuşdur. Bələdiyyə gəlirlərindən torpaq vergisi 5084,29 manat, əmlak vergisi 6047,86 manat, bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan gəlirlər 45485 manat, dəfn ilə bağlı daxil olan rüsum 13550 manat, fiziki şəxslər tərəfindən könüllü ödənilən ianə isə 1100 manat təşkil etmişdir.
Fatmayı bələdiyyəsi şəhid və qazi ailələrini həmişə diqqətdə saxlamış, bu ailələrə tez-tez baş çəkmişdir. Bələdiyyə tərəfindən, onlara ərzaq yardımları edilir, sosial, məişət problemləri dinlənilir və həmin problemlər dərhal yerindəcə həll edilir. Bu ilin Novruz və Ramazan bayramında belə ailələrə ərzaq yardımları verilib. Ailələrə ərzaq yardımının verilməsi məqsədilə ərzaq məhsullarının alınmasına ümumilikdə 2167,96 manat vəsait köçürülmüşdür.
Bundan əlavə ötən altı ayda kənd şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün onların vaxtilə yaşadıqları küçədə iki şəhid bulağı tikilib istifadəyə verilmişdir. Həmin küçələrdə abadlıq təmizlik işləri aparılmış, daş, qravil, karbonat, frez tökülərək yayılmışdır.
Ötən il şəhid Diyar Allahverdiyevin qəbri ətrafında abadlıq, quruculuq işləri aparılmışdır.Məzarın ətrafı daş hasara alınmış, ərazi mərmər ilə işlənmiş,bayraq dirəyi ucaldılmış, restovrasiya işləri yüksək səviyyədə aparılmışdır. şəhid Diyar Allahverdiyevin vaxtilə yaşadığı küçəyə adını əbədiləşdirmək məqsədilə küçə adlarını bildirən lövhələr vurulmuşdur. şəhid Vəliyev Oruc Ramiz oğlunun yaşadığı həyət ailəsinin müraciətinə əsasən daş hasara alınmışdır. Bütün bu işlərin aparılmasına bələdiyyə tərəfindən ümumilikdə 4941,80 manat məbləğində vəsait xərclənmişdir.
Aztəminatlı, imkansız ailələrə də bələdiyyə tərəfindən ərzaq yardımları edilmiş, həmin ailələrə tərəfimizdən Novruz bayramında ərzaq yardımları verilmişdir. Bələdiyyə 4 nəfər əlil kənd sakinini öz himayəsinə götürmüşdür. Həmin sakinlərin hər birinə ay ərzində 20 manat maddi yardım göstərmişdir. Altı ay ərzində 4 nəfər əlil sakinə ümumilikdə 480 manat məbləğində vəsait köçürülmüşdür.
Bütün dünyanı cənginə almış Koronovirus infeksiyası ilə mübarizə aparıldığı bir vaxtda Fatmayı bələdiyyəsi də bu virusla mübarizəyə qoşulmuşdur. Bələdiyyə tərəfindən sakinlər, sahibkarlar arasında maaarifləndirici söhbətlər aparılmış, onlara virusdan qorunmağın yolları ilə bağlı məlumatlar verilmişdir.Yollar, parklar, inzibati binalar dizinfeksiya olunmuşdur. Bu il başlanılan vaksinasiya prosesində fəal iştirak edən bələdiyyə üzvləri, işçiləri mütəmadi olaraq kənd ərazisində sakinlərlə vaksinasya ilə bağlı maariflndirici təbliğat işləri aparmışdır. Yaşlı, tənha sakinlərin vaksin vurdurmaları üçün kənd poliklinikasına gediş-gəlişi və digər təşkilatı işlərə bələdiyyə tərəfindən köməklik göstərilmişdir. Bu günə qədər 8763 nəfərə virusa qarşı vaksin vurulmuşdur.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə salınmış park yenidən qurulmuşdur. Parkda ağac və kollar əkilmiş, işıqlandırılması üçün xətlər çəkilmiş,park işıqlandırılmışdır. Kiçik yaşlı uşaqların əylənməsi üçün bələdiyyə tərəfindən bir neçə yelləncək qurulmuşdur.
Kənd stadionu da bələdiyyənin diqqətindən kənarda qalmamışdır. Stadionun işıqlandırılma sistemi bələdiyyənin daxili imkanları və şəxsi vəsaitlər hesabına həll edilmişdir.
Kənd ərazisində bir neçə küçədə kanalizasiya ilə bağlı mövcud olan problemlərdən biri də qurğu qapaqlarının olmamasıdır. Həmin kanalizasiya qapaqları daxili imkanlar hesabına bərpa edilmişdir.
Ötən il bir neçə məhəllə daxili küçədə bələdiyyə tərəfindən abadlıq işləri aparılmışdır. Kəndin A. şərifzadə, S. Ruhulla, şəhid M. Mirzəyev küçələrinə daş qırıntıları tökülərək yayılmışdır. G. əsədov küçəsinin bir hissəsinə, M.ə.Sabir küçəsinə isə asfalt qırığı tökülərək yayılmış, bərkitmə işləri görülmüşdür. Yaxın vaxtlarda daha bir neçə məhəllə daxili yolun abadlaşdırılması nəzərdə tutulur və yaxın gələcəkdə tərəfimizdən həyata keçiriləcəkdir.
Kəndə giriş tərəfdən Magistral yol kənarlarının təmizliyi də diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, mütəmadi olaraq yol kənarları alaq kol və otlaradan təmizlənərək,ağacların dibləri açılmış, Yaz aylarında ağacların gövdəsi və yola düşən daş hasarlar əhəng məhlulu ilə ağardılmışdır.
Ötən altı ay ərzində fərdi yaşayış evlərindən məişət tullantılarınn götürülməsi, daşınması və zərərsizləşdirilməsi həftədə 2 dəfə olmaqla həyata keçirilmişdir və bu mütəmadi olaraq aparılır.
Bələdiyyə kənd icra nümayəndəliyinin inzibati binasının 2 ci mərtəbəsində fəaliyyət göstərir. Ötən müddət ərzində inzibati bina əsaslı təmir olunmuş və hal-hazırda bu işlər davam etdirilir.
Mehdiabad-Fatmayı-Görədil yolunun kənarında 200 ədəd Xan çinar və şam ağacları əkilmişdir.Bələdiyyə tərəfindən həftədə 2-3 dəfə ağacların sulanması təşkil olunur Yaşıllıqlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir.
Bələdiyyəyə sakinlər tərəfindən daxil olan müraciətlər tərəfimizdən nəzarətə götürülərək həlli mümkün olanlar yerindəcə həll edilir. Həlli bələdiyyənin səlahiyyətləri çərçivəsində həll edilə bilinməyən məsələlər isə aidiyyatı üzrə qurumlara ünvanlanır,sakinlərin rifahı üçün hər zaman diqqət və qayəğı göstərərək onlara xidmət göstərilir.
Fatmayı bələdiyyəsi qarşıda qoyduğu məqsədlərini daim göz önünə alır, növbəti aylarda da abadlıq, təmizlik işlərinin aparılmasına, Bələdiyyə gəlirlərinin artmasına, bələdiyyənin inkişafına çalışacaqdır və bu istiqamətdə işlərini davam etdirəcəkdir.

NəSiR NəSiRLi.
FATMAYI BəLəDiYYəSiNiN SəDRi 

ŞƏRHLƏR