"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Abulbəyli bələdiyyəsi şəhid ailəsinin müraciətini müsbət dəyərləndirib

--2022-12-25 / 18:00

“Tovuz rayon Abulbəyli kənd sakini şəhid xanımı əfiqə Tağıyevanın müraciətinə bələdiyyə iclasında baxılaraq dərhal müsbət qərar qəbul edilrəək icraya yönəldilib”- bu fikirləri Abulbəyli bələdiyyəsinin sədri Hüseyn Muradov bildirib.

Sədrin sözlərinə görə, şəhid ailəsi mənzilinin qarşısının bərbad vəziyyətdə olması ucbatında gediş gəlişin mümkün olmadığını bildirmişdi. Abulbəyli bələdiyyəsi tərəfindən həmin əraziyə çınqıl tökülərək yayılmış və hərəkət üçün yararlı vəziyyətə gətirilmişdir.

Qeyd edək ki, Sabir Tağıyev Birinci Qarabağ müharibəsində  qəhrəmancasına döyüşərək şəhid olub.  

 Belediyye.info

ŞƏRHLƏR