sorğu
Binəqədi bələdiyyəsində ADA Universitetinin "Dövlət və ictimai münasibətlər" fakültəsinin tələbələri ilə görüş keçirilib.
Görüşdə tələbələrin bələdiyyə haqqında, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və sosial yönümdə aparılan iş haqqında sualları cavablandırılıb.
Bələdiyyə sədri Sitarə Cabbarlı Belediyye.infoya açıqlamasında bildirib ki, gənclərin bələdiyyələrin fəaliyyətinə olan marağı bizi sevindirib: "Br daha bildirmək istəyirik ki, hörmətli seçicilərimiz, gənclər, hər birinizin suallarınızı hər zaman cavablandırmağa hazırıq və hər birinizi bələdiyyəmizdə görməkdən məmnun olarıq!"
Belediyye.info