"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Adil Vəliyev üçün özəl gün

--2018-04-20 / 00:01

Aprel ayını  Sabunçu rayon icra Hakimiyyətinin başçısı Adil Vəliyev üçün  düşərli hesab etmək olar.

 20 apreldə  anadan olan icra başçısı 14 aprel tarixində bu vəzifəyə təyinat alıb.  

A.Vəliyevi fərqləndirən əsas məqamlardan biri bələdiyyələrin fəaliyyətinə daim dəstək verməsidir.

58 yaşı tamam olan icra başçısını yaxından tanıyaq:

Vəliyev Adil ənvər oğlu–20 aprel 1960-cı ildə Qubadlı rayonunun əfəndilər kəndində anadan olub.

1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib.

əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb.

1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib.

1990-1992-ci illərdə Nərimanov rayonu icra Hakimiyyətində şöbə müdiri və rayon icra Hakimiyyəti Başçısının müavini vəzifələrində işləyib.

1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində şöbə müdiri vəzifəsində işləyib.

1998-2003-cü illərdə Dövlət Neft şirkətinin Dənizdə Neft-Qaz istehsalat Birliyinin MMTi-nin rəis müavini vəzifəsində işləyib.

2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb.

2012-ci ilin aprel ayının 14 də  Azərbaycan Respublikası Prezidenti ilham əliyevin  Sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu icra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilib.

O bu vəzifədə əlibaba əliyevi əvəz edib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. iki övladı var. 

Mənbə: http://sabunchu-ih.gov.az/page/20.html

ŞƏRHLƏR