"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Adil Vəliyev Zabrat qəsəbə sakinləriylə görüşüb

--2019-01-30 / 12:00

 Sabunçu Rayon icra Hakimiyyətinin başçısı Zabrat qəsəbə nümayəndəliyinin inzibati binasında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Bu barədə məlumatı Sabunçu RiH yayıb.

Görüşdə Rayon icra Hakimiyyəti başçısının müavinləri, Rayon icra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon icra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi, Zabrat Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak ediblər.

Səyyar görüşdə iştirak edənsakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı Rayon icra Hakimiyyəti başçısına müraciətlər etdilər.

Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.

Belediyye.info

ŞƏRHLƏR